Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Aptekdən 165 manat oğurlamış qadın 8 il müddətinə həbs olundu

Tarix 10.09.18, 17:59

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan 34 yaşlı Aygün Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək Aygün Əliyevanın 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Son sözlə çıxış edən A.Əliyeva məhkəmədən bağışlanmasını xahiş edib.

Hakimlər heyəti müşavirəyə yollanıb. Müşavirdən sonra hökm elan edilib. Məhkəmənin hökmü ilə A.Əliyeva 8 il azadlıqdan məhrum edilib.

Hadisə bu ilin martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib.

Qeyd edilən ərazidə yerləşən aptekə gələn Bakı şəhər sakini Aygün Əliyeva orada işləyən qəsəbə sakini Xəyalə Nəcəfovanı bıçaqla hədələyib, kassadan 165 manat aparıb.

6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Aygün Əliyeva saxlanılıb.

İstintaq araşdırması zamanı məlum olub ki, Aygün Əliyeva daha əvvəl də məhkumluq həyatı yaşayıb.

Aygün Əliyeva Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham edilir.



Xəbərin oxunma sayı : 157




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap