Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Aqrar Sığorta Fondu necə formalaşacaq? – Baş Nazir qərar verdi + Detallar

Tarix 14.12.19, 14:50

Font ölçüsü : - / +
bitmap-img6


Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini təsdiqləyib.

AzFakt.com xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərarı imzalayıb.

Nazirlər Kabinetindən bildirilib ki, Aqrar Sığorta Fondunun Nizamnaməsi 11 müddəadan ibarətdir. Nizamnamədə Aqrar Sığorta Fondunun fəaliyyətinin məqsədi, vəzifələri və hüquqları, onun idarə edilməsi, nizamnamə kapitalı, əmlakı və maliyyə fəaliyyətinin əsasları, audit, uçot və hesabatların tərtibi və təqdim qaydaları və digər məsələlər öz əksini tapıb.

Nizamnaməyə əsasən, Aqrar Sığorta Fondu Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək məqsədi ilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir.

Fond qəbul etdiyi sığorta öhdəliklərinin idarəedilməsini təmin etmək məqəsədi ilə sığorta və təkrarsığorta siyasətini müəyyən etmək, effektiv fəaliyyətini təmin etmək üçün aktivlərin investisiyaya yönəldilməsi barədə investisiya siyasətini qəbul etmək, sığorta vasitəçiliyi fəaliyyəti üçün vasitəçi aqrar sığortaçılarla müqavilə bağlamaq, habelə aqrar sığorta sisteminin dayanıqlı olması istiqamətində siyasət və qaydaların qəbul edilməsi kimi səlahiyyətlərə malikdir.

Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşması üçün 2019-cu ilin dövlət büdcəsindən 1 milyon manat, 2020-ci ilin dövlət büdcəsindən 5 milyon, 2021-ci ilin dövlət büdcəsindən isə 3 milyon manat ayrılacaq.

Nizamnaməyə əsasən, Fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən ibarət Himayəçilik Şurası yaradılır. Fondun Himayəçilik Şurası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən 2 nəfər, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 1 nəfər, Mərkəzi Bankdan 1 nəfər və fermerlər assosiasiyalarından 1 nəfər olmaqla formalaşdırılır.

Fondun Himayəçilik Şurasının sədri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsidir.

“Aqrar Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, Fond Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin avqustun 19-da imzaladığı “Aqrar sığorta haqqında” Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərmana əsasən yaradılıb.




Xəbərin oxunma sayı : 385




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap