Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

AQTA-nın müəmmalı tenderi – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib

Tarix 17.07.19, 19:33

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu “Qurban” bayramı ilə əlaqədar heyvan kəsimi üçün müvəqqəti çadır və avadanlıqlar alır.

AzFakt.com “Finans.az”a istinadla xəbər verir ki, publik hüquqi şəxsin bu məqsədlə 13 iyun 2019-cu il tarixində keçirilmiş tenderində “Novotrend” MMC qalib elan edilib. Sözügedən şirkətə 802 min 624, manat ödəniş edilib.
Təəssüf ki, məlumatda çadırların sayı və hər birinin qiymətilə bağlı məlumat verilmir. Lakin istənilən halda, müvəqqəti çadırlar üçün 1 milyon manata yaxın vəsaitin xərclənməsi şübhəli və qeyri-real görünür. Bu çadırların ölkənin əsasən böyük şəhərlərində qurulacağını nəzərə alsaq, onların ümumi sayının 10-20 ədəd olacağını ehtimal etmək olar. Belə çıxır ki, hər çadır orta hesabla 50 min manata başa gəlir…

Etiraf edək ki, kifayət qədər şübhəli rəqəmdir. Bəs, görəsən, müvəqqəti xarakter daşıyan avadanlıq üçün bir büdcə təşkilatının belə iri məbləğdə xərcləməyə getməsi nə dərəcədə məqsədəuyğundur? Və ümumiyyətlə, sahibkarların ən çox şikayət etdikləri qurumlardan biri olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bu cür israfçılığa yol verməsini şərtləndirən səbəblər nədən ibarətdir?

Bu məlumat bir daha Azərbaycanda tenderlərin hansı prinsiplər əsasında və nə dərəcədə şəffaf keçirilməsinə dair sualları aktuallaşdırır. Təsadüfi deyil ki, əksər müstəqil iqtisadçı ekspertlər tenderlərin ölkədə hələ də korrupsiyanın mövcudluğunu şərtləndirən əsas istiqamətlərdən biri olduğunu iddia edirlər.



Xəbərin oxunma sayı : 322




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap