Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Arda Turan “Şaxtyor“dan ayrılır - Əfsanəsi olduğu komandanı çalışdıracaq

Tarix 05.03.26, 23:50

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynanın "Şaxtyor" klubunu çalışdıran Arda Turan iş yerini dəyişməyə hazırlaşır. 

Fanat.Az xəbər verir ki, informasiyanı İspaniyanın tanınmış "Fichajes" nəşri yayıb. 

Mənbənin məlumatına görə, türkiyəli çalışdırıcı "Atletiko Madrid"in sükanı arxasına keçməyə yaxındır. Dieqo Simeonenin adının İtaliya "İnter"i ilə hallanmasından sonra Madrid klubu argentinalıya əvəzləyici axtarmağa başlayıb. Namizədlər arasında "klubun DNT-sini bilən və paltardəyişmə otağında liderlik edə biləcək" Ardanın adı ön sıradadır. Namizədlər arasında onunla yanaşı, Felipe Luis və Qabi də var.

Bu dəyişiklik baş tutsa, "Atletiko"nu çalışdıracaq Arda Turan və "Real Madrid"də oynayan Arda Gülər rəqibə çevrilə bilər. Beləliklə, Türkiyə futbolunun iki vacib fiquru olan adaşlar İspaniyada məşqçi-oyunçu rəqabətində ola bilər.

Qeyd edək ki, Arda Turan "Şaxtyor"u bu mövsümdən çalışdırır. Donetsklilər onun rəhbərliyi altında həm avrokubokda, həm də Ukrayna çempionatında uğurlu çıxış edir. Hazırda çempionatda lider olan "mədənçilər" Konfrans Liqasında 1/8 finala yüksəlib.



Xəbərin oxunma sayı : 1801




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap