Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Argentina millisi dünya çempionatında iştirakı dəqiqləşən 13-cü komanda olub - VİDEO

Tarix 17.11.21, 11:03

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Argentina yığması 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

AzFakt.com xəbər verir ki, Cənubi Amerika zonasında ikinci pillədə olan Argentina lider Braziliya ilə öz meydanında qolsuz heç-heçə etməklə buna nail olub.

Bununla da ikiqat dünya çempionları 18-ci dəfə mundialda iştirak edəcək.

Digər görüşlərdə Kolumbiya Paraqvayla eyni nəticəni göstərib, Boliviya Uruqvayı 3:0, Peru Venesuelanı 2:1 və Ekvador Çilini 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabr tarixlərində Qətərdə 32 ölkənin iştirakı ilə keçiriləcək. Meydan sahibi Qətərdən başqa, Cənubi Amerikadan Braziliya ilə Argentinanın, Avropa zonasından Belçika, Almaniya, İspaniya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə, Danimarka, İngiltərə və Niderland yığmalarının da mundialda iştirak edəcəyi dəqiqləşib.








Xəbərin oxunma sayı : 412




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap