![]() |
|














Arif Əliyev KİVDF-nin yeni sədrindən gözləntiləri barədə danışdı:“MƏCHULLAR ÇOXDUR“
Tarix 07.04.20, 21:50 |
|
055.jpg)
Aprelin 4-də prezident İlham Əliyev Vüqar Səfərlinin KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsindən azad edilməsi haqda sərəncam imzaladı. Prezidentin digər sərəncamı ilə Əhməd Məmməd oğlu İsmayılov bu vəzifəyə təyin edildi. V.Səfərli ötən ilin payızında prezidentin ictimai- siyasi məsələlər üzrə köməkçisi vəzifəsindən uzaqlaşdırılmış Əli Həsənovun yaxın adamı idi. O, 2009-cu ildən bu fonda rəhbərlik edirdi. Mediaya ayrılan dövlət yardımının, habelə dövlətin hesabına jurnalistlər üçün tikilmiş iki çoxmərtəbəli binada mənzillərin bölüşdürülməsində şəffaflığın olmaması ilə əlaqədar Fondun fəaliyyəti tənqid olunurdu.
KİVDF-nin və onun sədri olmuş Vüqar Səfərlinin keçmiş fəaliyyəti ilə bağlı ASTNA-nın suallarına Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev cavab verib.
– Arif bəy, aprelin 4-də prezidentin sərəncamı ilə Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edildi. Bu qərarın KİV-in bundan sonrakı fəaliyyətinə hansısa dəstəyi olacaqmı?
– Belə təsəvvür yaranmasın ki, KİV-in inkişafının qarşısını məhz Vüqar Səfərli almışdı, o getdi, indi medianın fəaliyyətinə güclü dəstək olacaq. Bilirsiniz, çəkmənizin altı yırtıqdırsa, corab dəyişməklə ayağınızı islanmaqdan qoruya bilməyəcəksiniz. Çəkmə yamanmalıdır. Yəni əvvəl KİVDF özü fəaliyyət prinsiplərini, hədəflərini dəyişməlidir. Mən kağızda – əsasnamədə, dövlət proqramında – yazılan hədəfləri yox, real hədəfləri deyirəm.
– Vüqar Səfərlinin və ümumiyyətlə, KİVDF-nin bu günə qədər olan fəaliyyətini necə qiymətləndirirsiz? Hansısa formada KİVDF KİV-in fəaliyyətinə dəstək ola bilibmi?
– KİVDF Azərbaycanda çap mediasının və bir çox məsələlərdə bütünlüklə müstəqil jurnalistikanın qəbirqazanı oldu. Bu, ölkədə ən qeyri-professional, bütün peşə, ədalətli rəqabət prinsiplərinin əleyhinə fəaliyyət göstərən bir təşkilat idi. Faktiki olaraq, dövlət orqanından şəxsi kontora çevrilmişdi.
– İllərdir KİVDF-yə ayrılan pulları, eyni zamanda mənzilləri Vüqar Səfərlinin öz istədiyi kimi idarə etməsi ilə bağlı fikirlər vardı. Amma Vüqar Səfərlinin işindən azad edilməsi bu günlərə təsadüf etdi. Sizcə, niyə indi verildi bu qərar?
– Ehtimal ki, yerinə namizəd axtarılırdı. Eyni zamanda, yəqin, bir adama bağlı olan sistem dağılandan sonra yeni sistemi necə işlətməyi düşünürlərmiş. O da mümkündür ki, uzun müddət davam edən qeyri-müəyyənliyin hansı əlavə problemlər yaratdığı daha dərindən hiss olunmağa başlayıb.
– Əli Həsənov işdən uzaqlaşdırılandan sonra onun kurasiyasında olan vəzifəli şəxslərin uzaqlaşdırılacağı ilə bağlı fikirlər vardı. Bu sırada Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin adları ilə yanaşı, KİVDF sədri Vüqar Səfərlinin də adları çəkilirdi. Baxmayaraq ki, Əli Həsənov uzaqlaşdırıldıqdan sonra Vüqar Səfərli onun mediasına KİVDF-dən pul ayırmadı. Sizcə, Vüqar Səfərlidən sonra bu sahədə olan şəxslərin təmizləmələrinin ardı gələcəkmi?
– Başqa variant görmürəm. Məsələ ondadır ki, bu təşkilatların fəaliyyəti və koordinasiyası fərdi bağlılıq prinsipi əsasında həyata keçirilirdi. “Bağlayan” gedibsə, “bağlananlar” da getməlidirlər. Əks halda, sistemin yeni rəhbəri bu strukturları heç vaxt özünün tam nəzarətində hiss etməyəcək.
– KİVDF-yə yeni təyin olunan sədr Əhməd İsmayılovu media əhli o qədər də tanımır. Bir sahəni bilməyən şəxsin həmin sahəyə rəhbər təyin olunması nə dərəcədə doğru qərardır?
– Bildiyim qədər, Əhməd İsmayılov inzibatçılıq, təşkilatçılıq sahəsində təcrübəyə malikdir, media mühitində bişmiş adam deyil. Amma hər şey KİVDF-də idarəçiliyin, qərarların çıxarılması mexanizminin necə olacağından asılıdır. Ola bilsin, elə idarəçilik mexanizmi tətbiq ediləcək ki, icraçı direktorun bilavasitə mediadan uzaq, amma güclü təşkilatçılıq bacarığına malik olması daha çox fayda verəcək. Necə deyərlər, “üstünü unlu görüb” adını “dəyirmançı” qoymağa tələsməyək. Məchullar çoxdur. Mən buna təəssüf edirəm, çünki, fikrimcə, əvvəl məchulları həll edib, sonra işi kimə tapşırmağı müəyyənləşdirmək lazım idi. Ancaq qərar artıq qəbul olunub. Təki ümumi işə, mediaya faydası olsun.
– Sizcə, KİVDF kimi bir quruma ehtiyac varmı? Ehtiyac varsa bu qurum necə fəaliyyət göstərməlidir?
– Bu və ya digər formada əksər dövlətlər medianın inkişafına dəstək verməyə çalışırlar: kimi hökumət sifarişləri ilə, kimi güzəştlər tətbiq etməklə, kimi qrantlar ayırmaqla və s. Mövcud qurumu dağıtmağa, xüsusilə də dərin böhran keçirən Azərbaycan mediasının indiki maddi-texniki vəziyyətində ondan imtina etməyə ehtiyac yoxdur. Hər şey KİVDF-nin işinin hansı əsaslarla yenidən qurulacağından və ümumiyyətlə belə dəyişikliklərin həyata keçirilib-keçirilməyəcəyindən asılıdır.
Xəbərin oxunma sayı : 541
Müsahibə
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV