Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Arif Alışanov haqda sirlər açılır – “Bu qədər pulu necə yığıb?”

Tarix 17.08.19, 19:24

Font ölçüsü : - / +
bitmap-img6


“Mən və ailə üzvlərimiz “AzTV” QSC İdarə Heyətinin sabiq sədri Arif Alışanovun törətdiyi qanunsuzluqlar, atamın şərlənərək həbs olunması barədə ölkə rəhbərliyinə etdiyimiz müraciətlər hələ də cavabsız qalır. Hüquq-mühafizə orqanları da ortalıqda olan mənimsəmə, korrupsiya cinayətləri ilə bağlı heç bir araşdırma aparmaq istəmirlər. Bu vəziyyət bizi çox üzür, səhhətində ciddi problemlər olan atamın vəziyyətini daha da ağırlaşdırır”.

AzFakt.com xəbər verir ki, bu barədə A.Alışanovun şikayəti əsasında həbs edilərək 16 il müddətinə azadlıqdan məhrum edilmiş Şücayət Əsgərovun qızı Cəmilə Tağıyevanın ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına və ictimaiyyətə növbəti müraciətində bildirilir.

Cəmilə Tağıyeva qeyd edir ki, Arif Alışanovun vəzifədə işlədiyi dövrdə əldə etdiyi dəyəri on milyon manatlarla ölçülən sərvətin mənbəyi araşdırılmalıydı: “Faktlar, Alışanovun istintaqa verdiyi ifadələr ortalıqdadır. Dövlət teleşirkətinə rəhbərlik etmiş, bəlli maaş almış, bizneslə məşğul olması qanunla yasaqlanmış bir məmur qısa müddətdə milyonçuya hansı yollarla çevrilə bilərdi? 

Bu var-dövlətin mənbəyi prokurorluq orqanlarını niyə təəccübləndirmədi? Atama heç bir sübut olmadan ağır cəza kəsən hakimlərin tükünü niyə tərpətmədi? Bu ölkədə korrupsioner məmurlarla toqquşan sadə vətəndaşı qanunlar niyə müdafiə edə bilmir? Niyə dövləti bütün inzibati orqanları, məhkəmələr haqsızın, pullunun, korrupsionerlərin tərəfində durur? Bu cür hallar cəmiyyətdə dövlətə, onun təsisatlarına, məhkəmə hakimiyyətəinə inamı yerə vurur axı!…”

Cəmilə Tağıyeva müraciətində daha sonra vurğulayır: “Cəmiyyətin gözü qarşısında sübut olunur ki, “Korrupsiyaya qarşı mübarizə haqqında“ Qanun işləmir, prokurorluq, üzərinə düşən vəzifəni yerinə yetirmək istəmir. Arif Alışanov və onun başının dəstəsi AzTV-nin büdcəsini talan edib, özlərinə var-dövlət yığıb, vəzəfədən çıxandan sonra isə əldə etdikləri nəhəng sərvəti sağa-sola xərcləyib harın həyat tərzi sürürlər. Bəs biz nə etməliyik? Bəs biz yoxsulları və kimsəsizləri kim müdafiə etməlidir? Axı biz də Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşlarıq!”- deyə C.Tağıyeva qeyd edir”.

Onun sözlərinə görə bu cinayət işinin gedişində elə qanunsuzluqlar baş verib ki, bunun başqa hər hansı bir ölkədə üzə çıxması böyük qalmaqala səbəb olardı: “Atamın həbsindən bir həftə sonra anamın bütün əmlakı müstəntiqin iştirakı ilə polisin təzyiqi altında məcburi qaydada notariusa aparılaraq A.Alışanovun mülkiyyətinə keçirildi. 

İstintaq yekunlaşmadan, həmin əmlakların ehtimal edilən cinayət yolu ilə əldə edilib-edilməməsini müəyyən etmədən həbsdə olan şəxsin yanına notariusu gətirərək ona və anama məxsus əmlakların A.Alışanovun mülküyyətinə keçirilməsi dəhşətli qanun pozuntusudur.

Konstitusiyanın, CPM-nin 248-ci maddəsinin, CM-nin 99-1-ci maddəsinin və “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyul tarixli 89 saylı qərarının tələblərinə tam zidd olaraq, qərəzli şəkildə cinayət törətməmiş bir şəxsi 18 il müddətinə azadlıqdan məhrum etməklə kifayətlənməyib, onun, keçmiş arvadının, qızının və yaxın qohumlarının bütün əmlaklarını, hətta qadının gündəlik istifadə etdiyi ziynət əşyalarını, azuqə pullarını belə zərərin ödənilməsinə yönəldiblər.

İstintaq başa çatmadan, məhkəmə hökmü olmadan polisin iştirakı ilə mülkiyyətimizin qəsb olunması, bütün müraciətlərimizin cavabsız qalması dəhşətli haldır. 

Bu qanunsuzluq davam edə bilməz, dövlət, nəhayət, müdaxilə edib haqq-ədalətin bərpa olunmasını təmin etməlidir. Arif Alışanovun, onun sifarişi ilə hərəkət edən hüquq-mühafizə orqanı əməkdaşları, məhkəmə hakimlərinin cəmiyyətin gözü qarşısında cəzalandırılmasına nail olunmalıdır. Biz haqıszlığın ən pis nümunələrini yaşamış vətəndaşlar kimi, ölkə rəhbərliyindən ümidimizi kəsməmişik. Ümid edirik ki, bu cinayət işi üzrə həqiqətlər tam araşdırılacaq və günahkarlar cəzalandırılacaq”.

Azpolitika



Xəbərin oxunma sayı : 478




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap