Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Arif Hacılı ilə Sərdar Cəlaloğlu rəqib oldu - ADP sədrindən reaksiya...

Tarix 23.12.19, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, bəzi seçki dairələrində vaxtilə eyni düşərgədə, siyasi blokda təmsil olunmuş, dost, müttəfiq olmuş siyasilər rəqib olublar. İndi onlar bir-biri ilə mübarizə aparmalı olacaqlar. Deputatlığa iddialıların sayı artdıqca belə "cütlük"lər də artır.

Onardan biri də Arif-Hacılı-Sərdar Cəlaloğlu tandemidir. Bu şəxslər 2003-cü ildə "Bizim Azərbaycan", 2005-ci ildə isə "Azadlıq" blokunda çiyin-çiyinə mübarizə aparıblar, gəbsxanada birlikdə cəza çəkiblər.

Hazırda isə onların ikisi də eyni dairədə - 15 saylı Yasamal I Seçki Dairəsindən namizədliklərini irəli sürüblər.

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu günlər öncədən bu dairədən namizədliyini açıqlamışdı və “Yeni Müsavat”a verdiyi son açıqlamalarda Müsavatla iddiaçıların toqquşmaması üçün anlaşdıqlarını qeyd etmişdi.

Onu da bildirək ki, 2010-cu ildəki parlament seçkilərində bu dairədən Müsavatın o zamankı başqanı İsa Qəmbər namizəd olmuşdu.

Məsələ ilə bağlı Musavat.com-a Sərdar Cəlaloğlu bunları dedi: “Burada heç bir problem yoxdur. Arif bəy mənə demişdi ki, görüşüb razılaşarıq. Amma indi bu cür qərar verdilər, lap yaxşı. Əgər Arif Hacılı əvvəlcədən elan etsəydi, ümumiyyətlə, o dairədən namizədliyimi verməzdim. Bir haldakı məndən sonra namizədliyini verib, demək istəyir ki, mən orada mübarizə aparacam, buna da lap yaxşı deyirəm”.

S.Cəlaloğlu İ.Qəmbərin 9 il öncə namizəd olduğu dairədən indiki başqanın iddiasını irəli sürməsinin avantaj olduğu barədə deyilənlərə də münasibət bildirdi: “Axı, o zaman İsa Qəmbər deputat seçilməmişdi. Digər tərəfdən, nə Müsavat o dövrdəki Müsavatdır, nə də Arif Hacılı İsa Qəmbər deyil. Mən son prezident seçkilərində ikinci yerə çıxmış adamam. Özümə arxayınam. Bərabər seçki keçiriləcəyi təqdirdə, istənilən adamla rəqabət aparmağa hazıram. Arif Hacılının dairəmdən namizəd olacağı barədə heç düşünməmişdim. Onun bu dairədən namizəd olmasında heç bir problem yoxdur. Bundan heç narahat da deyiləm. Azərbaycanda hərənin öz seçicisi var. Seçicilərin səslərini almaq uğrunda mübarizə aparacağam. Alternativlərə qarşı mübarizə aparmaq fikrim yoxdur”.



Xəbərin oxunma sayı : 349




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap