Şəbnəm Tovuzlunun elə bir fotosu internetə sızdı ki, hər yerdə onu sildirir- FOTO Həyat yoldaşına 300 minlik avtomobil aldı Kənan Doğulu Bakıda konsert verdi Elgiz əməkdar artistin görünüşünü lağa qoydu
Axtar
 
  • / Maqazin / — 21 May 2018

    Şəbnəm Tovuzlunun elə bir fotosu internetə sızdı ki, hər yerdə onu sildirir- FOTO

  • / Maqazin / — 20 May 2018

    Həyat yoldaşına 300 minlik avtomobil aldı

  • / Maqazin / — 20 May 2018

    Kənan Doğulu Bakıda konsert verdi

  • / Maqazin / — 18 May 2018

    Elgiz əməkdar artistin görünüşünü lağa qoydu

  • / Maqazin / — 17 May 2018

    Məryəm libası ilə ulduzları geridə qoydu - Foto

  • / Maqazin / — 05 May 2018

    Nadir Qafarzadə əməliyyat olunacaq

Arif Rəhimzadə: “Azərbaycanlılar türk deyil...”

Tarix 02.03.17, 14:28

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə KM.ru rus xəbər portalına qalmaqallı müsahibə verib. Bildirib ki, azərbaycanlılara “türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır.

Virtualaz.org Arif Rəhimzadənin həmin müsahibəsini ixtisarla dərc edir və nəticə çıxarmağı tarixçilərin, etnoloqların ixtiyarına buraxır:

-Əgər beynəlxalq səviyyədə tanınmadan deyil, tarixən formalaşmış şərtlərdən danışsaq o zaman Azərbaycan hansı əsaslarla Dağlıq Qarabağı öz ərazisi hesab edir?


-1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasından sonra Rusiya Dağlıq Qarabağa İrandan 40 min erməni köçürdü. Ermənilər əvvəllər orada yox idi, azərbaycanlılar isə Dağlıq Qarabağın hər yerində yaşayırdı. Maraqlı ştrix: Qriboyedov həmin qərarın əleyhinə çıxırdı. O, yazırdı, xəbərdarlıq edirdi ki, bunu etmək olmaz. Azərbaycanlılar narazı idi və doğrudan da xəzinə torpaqlarının bölüşdürülməsi zamanı üstünlük ermənilərə verildi.


-Rusiyanın ermənilərə dəstəyini necə izah edirsiniz?

 
-Bu suala cavab vermək üçün ayrıca ilkin izahat lazımdır. Xatırladıram ki, Azərbaycan ərazisində tarixi Alban çarlığı yerləşib, orada alban kilsəsi olub. Ümumiyyətlə ermənilər Suriyadan Azərbaycana təkcə ticarətçilər kimi yox, dini xətt üzrə də köç ediblər, Kilsə nümayəndələri kimi.



Beləliklə, ermənilər Rusiyadan xahiş ediblər ki, Alban kilsəsinin Erməni kilsəsinə tabe olunmasına kömək etsin. Belə də edilib. Beləliklə, ermənilərin regionda rolu kəskin artıb. Bildiyiniz kimi Azərbaycanda islam yayılıb, ancaq Alban kilsəsi icmaları da anklav kimi fəaliyyət göstərib. Rusiyada isə azərbaycanlılara türk kimi baxırdılar, beləliklə, Peterburqda qərara aldılar ki, həmin torpaqlara erməniləri köçürməklə “xristian zolağı” yaratsınlar.

-Axı biz həmişə eşitmişik ki, azərbaycanlılar və türklər eyni xalqdır...

-Bu, səhvdir! Bəli, biz azərbaycanlılar türklərlə ümumi köklərə malikik, ancaq xalqlarımız tamam ayrıdır.


-Bəyəm inqilaba qədər azərbaycanlılar termini istifadə edilirdi?

-Azərbaycanlılar dini kimlik istifadə edirdilər və özlərini “müsəlman” adlandırıdılar, Rusiyada isə həmin əhalini “tatarlar” hesab edirdilər. İstənilən halda biz türk deyilik, türklər tamam ayrı millətdir. Ancaq çar hökuməti  “türk təsirinə” qarşı ermənilərin regiona köçürülməsini stimullaşdırdı. Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər, çünki Rusiyadan bu belə görünürdü, ona görə də çar hökuməti regionda ermənilərə arxalanmağı qərara aldı.

P.S.  Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məşhur "Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir" deyimi on illərdir ki, ictimai-siyasi leksikonda öz yerini tutub.





Xəbərin oxunma sayı : 190

loading...

Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda