|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Artımlar və islahatlar ili: 2019-cu ilin iqtisadi yekunları - TƏHLİL
Tarix 25.12.19, 19:38 |
|
2019-cu ildə əldə olunan iqtisadi uğur və dəyişiklikləri bir neçə istiqamətdə qruplaşdıra bilərik. Birinci qrupa sosial istiqamətdə atılan inqilabi addımlar, ikinciyə kölgə iqtisadiyyatına qarşı tədbirlər, üçüncüyə iqtisadiyyatı idarəetmə mexanizmində struktur və kadr dəyişiklikləri, dördüncü qrupa isə qeyri-neft sektorunun inkişafı sahəsində görülən işlər daxildir. Bundan əlavə, növbəti illər üçün böyük əhəmiyyət daşıyan iki mühüm hadisə də baş verib ki, bu barədə bir qədər sonra...
Ümumiyyətlə, 2019-cu il ölkəmizdə böyük islahatlar ili kimi yadda qalacaq. Əvvəlki illərdə də ölkəmizdə bir çox islahatlar həyata keçirilib. Lakin indiyədək heç vaxt 2019-cu ildə olduğu kimi eyni vaxtda bir neçə istiqamətdə, kompleks və genişmiqyaslı addımlar atılmayıb. Çoxları bunların riskli olduğunu və prosesin yarımçıq qalacağını düşünürdülər. Halbuki, 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra İlham Əliyev andiçmə mərasimində böyük islahatlara start verəcəyini bildirmişdi.
Mart və sentyabr aylarında əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artımını nəzərdə tutan 2 sosial paketin icrasına başlandı. Minimum əməkhaqqı 1 ildə 2 dəfə artırılaraq 130 manatdan 250 manata, minimum pensiya isə 116 manatdan 200 manata çatdırıldı. Birinci göstərici ilk dəfə olaraq ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə nəinki çatdı, sentyabrın 1-də hətta onu keçdi də.
Paralel olaraq, bütün müavinətlər də yüksəldildi və yeni müavinət növlərinin tətbiqinə başlanıldı ki, dövlət büdcəsindən maliyyələşən elm, müdafiə, təhlükəsizlik, hüquq-mühafizə, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, sənaye, tikinti və faydalı qazıntılar, nəqliyyat və rabitə, iqtisadi fəaliyyət sahələrində, habelə dövlət orqanlarında çalışan işçilərin də aylıq əməkhaqqları dövlət başçısının müvafiq sərəncamları ilə artırıldı.
Beləliklə də, bütövlükdə cəmi 1 il ərzində dövriyyəyə 4,2 milyon nəfəri əhatə edən, maliyyə tutumu 2,3 milyard manata bərabər olmaqla, gələcək üçün artıq xərc vəsaitinin qarşılanması tələbi ortaya qoyulub. 2020-ci ildə də bəzi sahələr üzrə əməkhaqlarının əlavə olaraq artırılması nəzərdə tutulub ki, nəticədə 2019-cu ildə tətbiq olunan və 2020-ci ilə proqnoz edilən artımlar üçün cəm olaraq 4,0 milyard manatadək əlavə vəsait xərclənəcək.
Kölgə iqtisadiyyatına qarşı gücləndirilən tədbirlərə gəldikdə isə, sadalananlar məhz bunun hesabına təmin edildi. Həm inzibati metodların sərtləşdirilməsi, həm də büdcə-fiskal, gömrük və vergi sahəsində aparılan islahatlar nəticəsində bir sıra uğurlara imza atıldı. Belə ki, 2018-ci ildə əlavə olaraq 300 milyon manatdan çox, 2019-cu ilin yanvar-oktyabr ayları ərzindəsə 850 milyon, son olaraq isə 930 milyon manatdan artıq vəsait dövlət büdcəsinə daxil edilib. Bütün bu gəlirlər dövlət tərəfindən əhalinin sosial, iqtisadi cəhətdən müdafiəsini yaxşılaşdırmaq üçün islahatları dərinləşdirməyə daha geniş yol açdı. O cümlədən, 2019-cu ildən Vergi Məcəlləsində qüvvəyə minən 300-ə qədər əlavə, dəyişikliklər də bunda əsaslı rol oynadı.
2019-cu ildə əldə olunan üçüncü qrup iqtisadi uğur və dəyişikliklərə isə iqtisadiyyatı idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri daxildir. Çünki ilin əvvəlindən start verilən islahat dalğası elə bir prosesə və tendensiyaya başlanğıc qoydu ki, bu, istər-istəməz həm dərinə, həm də üfüqə doğru genişlənməli idi. Bu mənada, struktur və kadr islahatlarına da ehtiyac yarandı. Nəticədə səmərəliliyi artırmaq məqsədilə islahatlar idarəetmə sahəsini də əhatəyə aldı. Çünki, dövlət başçısı tərəfindən qarşıya qoyulan iqtisadi, sosial məsələlərə nail olmaq məqsədi, bu sahədə də yeni yanaşma tələb edirdi. O səbəbdən ki, idarəetmədə yeni yanaşma iqtisadiyyatda dəyişikliklərə daha sürətli nail olmaq üçün ən vacib şərtlərdən biri idi. Ona görə də, islahatların davamı kimi 2019-cu ildə struktur islahatları da dərinləşməklə kadr dəyişikliklərinə başlandı. Bu proses hələ davam edəcək. Bunun müsbət nəticələrinin bir qismini yaxında, digər hissəsini isə qarşıda görəcəyik.
Və nəhayət, qeyri-neft sektorunun inkişafı sahəsində görülən işlərə gəlirəm. 2019-cu ildə bir sıra müəssisələr açıldı. Ölkədən qeyri-neft məhsulları ixracı ardıcıl olaraq artdı. Xüsusən, kənd təsərrüfatı sahəsində çox böyük dəyişikliklər həyata keçirildi. Əlavə dəyər istehsalında aqrar sahəyə aid məhsulların payı 6-7 faizə çatmaqdadır. Sənaye məhsulları da artır. İki böyük zavodun – karbamid və yüksək sıxlıqlı polietilen zavodlarının açılması sənaye potensialımızı nümayiş etdirdi. Bu zavodlarda yüzlərlə yeni iş yeri yaradılıb.
Bundan əlavə, Bakı gəmiqayırma zavodunda inşa olunan ilk neft tankeri istismara verildi və “Azərbaycan” adlı gəmi-bərə suya salındı. Ümumiyyətlə, 2019-cu il, qeyri-neft sektorunun inkişafının ümumi iqtisadi siyasətdə prioritetliliyin bir az da gücləndirilməsi ilə seçildi ki, sözügedən sahədə stimullaşdırıcı tədbirlərə xüsusi fikir verildi.
Yeri gəlmişkən, girişdə yazdım ki, tezliklə tarixə çevriləcək 2019-cu ildə növbəti illər üçün böyük əhəmiyyət daşıyacaq iki mühüm hadisə baş verdi. Bunlardan birincisi ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri oldu ki, bununla da iki ölkə arasında mövcud münasibətlərdə yeni bir mərhələnin başlanğıcı qoyuldu.
Ölkəmizin ikinci şəxsinin Rusiyaya rəsmi səfəri iqtisadiyyatımızın məhz qeyri-neft sektorunun inkişafı baxımından böyük perspektivlər açdı. Hazırda Rusiya Azərbaycan üçün qeyri-neft məhsullarının ixracı sarıdan bir nömrəli bazardır. Bu, həm adı çəkilən ölkə ilə münasibətlərimizin real vəziyyətindən irəli gəlir, həm də Rusiyanın çox böyük bazar olması ilə əlaqədardır.
Yəni, Azərbaycanda qeyri-neft sektorunun inkişafı Rusiyadan müəyyən mənada asılı vəziyyətdədir. Söhbət ölkəmizin real olaraq ixrac imkanlarından gedir. Bütün iqtisadi aspektlər nöqteyi-nəzərindən qeyri-neft məhsullarımız üçün məhz Rusiya bazarlarına ixrac səmərəli və məqsədəuyğun xarakter daşıyır. Bütün bunların nəticəsidir ki, hər iki ölkə arasında əmtəə dövriyyəsi durmadan artır.
Rusiyanın Azərbaycana sərmayə qoyuluşu 4,9 milyard dollar, ölkəmizdən Rusiya iqtisadiyyatına isə 1,2 milyard dollara təşkil edir. Halbuki, neft sektorunda ənənəvi qarşılıqlı fəaliyyətlə yanaşı, qeyri-neft sektorunda, maşınqayırmada, istehsal avadanlığı sahəsində, kimya sənayesi, əczaçılıq, energetika, nəqliyyat kimi sahələrdə çoxşaxəli müştərək layihələr vasitəsilə investisiyaya dair rəqəmləri ən qısa müddətdə 2 dəfəyə qədər artırmaq mümkündür.
Sözün qısası, Rusiya Azərbaycan üçün təkcə, kənd təsərrüfatı malları bazarı deyil və olmamalıdır da... Bu baxımdan, Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri bütün digər sahələrdən ən çox iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafı üçün töhfələr bəxş etdi.
Nəhayət, 2019-cu ildə baş verən, Azərbaycanın yaxın gələcəyi üçün böyük əhəmiyyət daşıyacaq ikinci mühüm hadisə barədə... Azərbaycan ilə Türkiyənin dövlət başçılarının iştirakı ilə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP - Transanadolu qaz boru xəttinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin keçirilməsilə Cənub Qaz Dəhlizi layihəsinin Türkiyədən keçən hissəsinin tikintisi başa çatdı. Kəmərin Avropa ilə birləşən hissəsi tamamlandı. Qaldı, onun yalnız TAP-a birləşdirilməsi ki, bu da tezliklə həllini tapacaq.
Azərbaycan qazı tezliklə Avropaya axmağa başlayacaq. Lakin artıq, əsas diqqət Trans-Xəzər layihəsi üzərində – Cənub Qaz Dəhlizinin yol açdığı bir məsələ üzərində də cəmləşmiş vəziyyətdədir ki, bunun isə nə demək olduğuna aid ayrıca məqalə yazmaq gərəkir.
Sonda bir məsələyə də toxunmaq istəyirəm. Bank sektorunun ən böyük dərdi olan problemli kreditlər məsələsinə dövlət 2019-cu ildə müdaxilə etdi. Və Prezidentin bir növ xalqa hədiyyə etməsi yolu ilə bu məsələ həllini tapdı. Halbuki, dövlət başçısı da qeyd etmişdi ki, bu, sadə məsələ deyil - dövlət çoxdan tələb olunan məbləğdə vəsaiti ayıraraq, problemi həll edə bilərdi. Sadəcə olaraq, ortada iqtisadiyyatın öz qanunları və məsuliyyət, cavabdehlik məsələləri var idi. Problemli kreditlər bir ara bütövlükdə az qala 2 milyard manata çatırdı. Başa çatmaqda olan cari ildə bu məsələnin həllini tapması bankları "koma" vəziyyətindən çıxardı.
Lakin ölkənin bank sektorunda vəziyyətin normal olduğunu desəm, səhv edərəm. 2015-2016-ci illərdə dünya bazarlarında neftin ucuzlaşması səbəbindən ölkə iqtisadiyyatına dəyən zərbə nəticəsində düşdüyü vəziyyətdədir desəm də, yanılaram. Odur ki, “vəziyyət sağlam deyil” desəm, daha düzgün olar.
Bəli, bank sistemində real vəziyyət 2015-2016-ci illərdə dünya bazarlarında neftin qiymətinin düşməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən zərbədən sonra yaranmış durumda deyil. Lakin, ölkədə hökumətin qarşıya qoyduğu qeyri-neft sektorunu inkişaf etdirmək, bu sahədən ixracı artırmaq tələblərinə və məqsədinə də uyğun gəlmir. Çünki sözügedən tələbə və məqsədə cavab vermək üçün gərək, bank sektoru qeyri-neft sektorunu maliyyələşdirsin. Sektorun real vəziyyəti isə buna imkan vermir. Problem bundadır.
Sözün qısası, Yeni ili - 2020-ci ili "dizi üstə" deyil, ayaqda gedirik. Başqa sözlə desəm, iqtisadiyyatda 2 il öncə əldə etdiyimiz makro sabitlik fonunda 2019-da da böyük uğurlar əldə edərək növbəti ilə nəyinki inamla, hətta yüksək inadla addımlayırıq.
Ümumiyyətlə, ölkə iqtisadiyyatında əldə edilən dəyişikliklər müstəvisində həm 2020-ci ildə, həm də qarşıdakı illərdə iqtisadiyyatda yaradılan əlavə dəyərin daha da böyük templə artacağı gözlənilir ki, növbəti il bu sahədə xüsusən, əhəmiyyətli nəticələr bəxş etməlidir və edəcək də...
Xəbərin oxunma sayı : 193
İqtisadiyyat
Xəbərlər
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Prezident İlham Əliyev Rusiyada səfərdədir - FOTO/VİDEO
-
9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq: Əmək Məcəlləsi nə deyir?
-
Yeni fırıldaq sxemi - Telegram hesabları necə oğurlayırlar...
-
Çiyələk və qaragilə ilə bağlı araşdırma: İnsan orqanizmini nələrdən qoruyur?
-
HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib - VİDEO
-
Nazirdən yüksək vəzifəyə təyinat - FOTO
-
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
-
Rayonlarda torpaq almaq neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Neçə yerdə işləyə bilərik? - VİDEO
-
Yeni virus pandemiyaya səbəb ola bilər - TƏHLÜKƏ
-
Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Gürcüstanın avtomobil bazarındakı durğunluq Azərbaycana təsir edə bilərmi? - VİDEO
-
“Yollara görə maşın hər gün ustadadır” - VİDEO
-
Şirkətlər tikinti materiallarını sığortalamaqda niyə maraqlı deyillər? - ARAŞDIRMA
-
“ABŞ Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər” - Senator Uorner
-
Bəyan edilməyən telefonlara görə cərimələnə bilərsiniz - VİDEO
-
Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
-
“Liverpul“la fəxr edirəm“ - Pep Qvardiola
-
Azərbaycanda yenidən zəlzələ ola bilərmi? - RƏSMİ
-
Yollar Zəngəzura aparır - VİDEO
-
Meteohəssas insanlarda narahatlıq hissi yarana bilər - Sabahın havası
-
Əhaliyə ən çox hansı banklar kredit verib? – Tam siyahı
-
Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq? - VİDEO
-
Aygün və Namiq toyda hərəkətləri ilə diqqət çəkdilər - VİDEO
-
Fransa şəhər meri nasist salamı verdi - VİDEO
-
“İsrail HƏMAS-a təzyiqi artıracaq” - Benyamin Netanyahu
-
Azərbaycanda un 30% ucuzlaşdığı halda, çörək niyə 11% ucuzlaşıb? – Rəsmi rəqəmlər
-
Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? - ARAŞDIRMA
-
Erməni postları sökülür - Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər
-
Tarixin ən davamlı avtomobilləri - SİYAHI
-
Ukrayna Rusiyanın böyük hücumuna hazırlaşır - Zelenski qələbəyə inanır
-
Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir
-
Roza toy qiymətini açıqladı - 5-12 min manat (VİDEO)
-
ABŞ “son ukraynalıya qədər döyüş“ə məcbur edir - Volodin
-
Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ermənilər Qazaxın 4 kəndinə gedən yolu bağladılar – Video
-
“İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb“ - Türkiyə DİN
-
Qazaxıstanda daşqınlar: Doqquz minə yaxın şəxs evinə qayda bilmir
TOP 10
ARXİV