Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Artıq ödənilmiş vergi bu üsulla geri alınacaq - Dövlət Vergi Xidməti açıqladı

Tarix 20.09.21, 16:38

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Vergi Xidməti və Maliyyə Nazirliyi artıq ödənilən vergiərin geri qaytarılması üçün “Vahid elektron lövhə” sistemini istifadəyə verib.

Bu barədə AzFakt.com-a DVX-dən bildirilib.

Qeyd edilib ki, “Vahid elektron lövhə” Əlavə Dəyər Vergisi (ƏDV) üzrə artıq ödənilmiş vəsaitlərin qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində büdcədən qaytarılmasına nəzarəti nəzərdə tutur.

Artıq vəsaitlərin geri alınması prosesini özündə əks etdirən “Vahid elektron lövhə” Maliyyə Nazirliyi ilə birgə hazırlanaraq cari ilin iyul ayından vergi ödəyicilərinin istifadəsinə verilib.

Qeyd edək ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olduqda, vergiödəyicisinin müraciətinə əsasən, hesablanmış vergidən artıq olan məbləğ sahibkara qaytarılır. Vergi Məcəlləsinin 179.1-ci və 179.2-ci maddələri əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergi məbləğindən artıq olduğu halda, büdcə ilə münasibətləri müəyyənləşdirir.

Hesabat dövründə həm 18 faizlə, həm də sıfır dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlar aparan, bu zaman vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcə ilə vergiyə cəlb edilən vergiödəyicisinə, əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır.

Digər vergiödəyiciləri üçün əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergiödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır.

Hazırda vergiödəyiciləri tərəfindən “Vahid elektron lövhə”dən istifadə etməklə artıq ödəmənin qaytarılması üçün 107 sayda müraciət daxil olub.

Bu platformanın bir sıra üstünlükləri var. Belə ki, artıq ödənilmiş məbləğin geri alınması üçün ərizənin vergiödəyiciləri tərəfindən izlənməsi məlumatların əlçatanlığının təmin olunmasına xidmət edir. Vergiödəyicisi müraciəti ilə bağlı bütün mərhələləri izləyə, məbləğin geri qaytarılması prosesinə şəxsən nəzarət edə bilir.

Prosedurun sadələşdirilməsi vergiödəyicilərinin əlavə vaxt itkisinin azalmasına və yazışmaların minimuma endirilməsinə zəmin yaradacaq. Vergiödəyiciləri artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə bağlı statistik məlumatları Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində cari ilin 4-cü rübündən etibarən izləyə biləcəklər.



Xəbərin oxunma sayı : 538




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap