Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Artritin müalicəsində kömək edən meyvələr- Alimlər nə tövsiyə edir?

Tarix 10.08.19, 22:49

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniya mütəxəssisləri qeyd edirlər ki, bu meyvələrdən istifadə artritin kəskinləşməsindən müdafiə edir.

Azərtac “MedikForum”a istinadla xəbər verir ki, mütəxəssislərin rəyi “Daily Express” nəşrində dərc edilib.

Artrit iltihab xarakterli xəstəlikdir, immun sisteminin fəaliyyətində nasazlıq (revmatoidli artrit), yaxud sidik-tənasül, bağırsaq virusu kimi keçirilmiş xəstəliklə (reaktivli artrit) bağlı əmələ gəlir. Mütəxəssislər artrit xəstəliyindən əziyyət çəkən pasiyentlərə bu meyvələri yeməyi məsləhət görürlər.

Qırmızı alma. Məhz qırmızı alma kversetin antioksidantı ilə zəngindir. Kversetin dərinin, oynaq qığırdaqlarının və birləşmələrinin vəziyyətinin yaxşı olması üçün zəruri olan kollagenin – zülalın istehsalında iştirak edir. Kollagen, həmçinin oynaqlarda “amortizator” rolunu oynayaraq, onların zərbə və təzyiqə davamlı olmalarına şərait yaradır. Kversetin almanın qabığında yerləşir, qabığın rəngi nə qədər dolğun olarsa, deməli almada bu element bir o qədər çoxdur.

Avokado. Alimlərin sözlərinə görə, bu meyvənin rasiona daxil edilməsi artritin əlamətlərini nəzərəçarpacaq dərəcədə zəiflədir. Avokado toxumalarda kollagenin miqdarını artırır, iltihabı aradan qaldırır. Mütəxəssislər artritin və artrozun profilaktikası və müalicəsi üçün hər gün azı avokadonun dörddəbir hissəsini yeməyi məsləhət görürlər.

Qarpız. Qarpızın tərkibinin 90 faiz sudan ibarət olması sayəsində o, sidikqovucu vasitə kimi faydalıdır və orqanizmdən zərərli və lazımsız komponentlərin xaric olunmasını aktivləşdirir. Qarpızın tərkibindəki karotinoid və flavonoidlər güclü iltihabəleyhinə xassəyə malikdirlər. Həkimlər artrit və ateroskleroz kimi xəstəlikləri olan pasiyentlərə qarpız yeməyi məsləhət görürlər.

Albalı. Alimlər tərəfindən müəyyən edilib ki, üç həftə ərzində albalı şirəsindən gündə iki dəfə istifadə olunması artritli xəstələrdə iltihab yuvalarını əhəmiyyətli dərəcədə azaldır. Albalı çox güclü antosian antioksidantları ilə zəngindir. Bu maddələr iltihabəleyhinə xassəyə malikdir və ağrı ilə mübarizədə effektlidir.

Çiyələk. Təcrübələr nəticəsində müəyyən edilib ki, həftədə 16 ədəddən çox çiyələk yeyən qadınlarda C-reaktiv zülalın səviyyəsi aşağı düşüb. C-reaktiv zülal iltihabın markeridir, artritin və ürək-damar xəstəliklərinin kəskinləşməsi ilə bağlı onun miqdarı artır.

Ananas. Bu meyvənin lətində oynaqlarda ağrını azaltmaq xassəsinə malik enzim bromelayn saxlanılır. Həmçinin ananasın tərkibində kollagen sintezinin əmələ gəlməsinə şərait yaradan xeyli miqdarda C vitamini mövcuddur. Ananasın orqanizmə faydalı olmasından ötrü həftədə iki dəfə 150-200 qram yemək məsləhət görülür.




Xəbərin oxunma sayı : 445




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap