Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Arvadı ilə sevgili olan qonşusunu öldürdü - Bakıdakı dəhşətli namus cinayəti

Tarix 06.03.20, 23:36

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda törədilən dəhşətli qətllə bağlı məhkəmə araşdırması başlayıb. Aqşin Quliyev arvadı ilə sevgi münasibətində olan qonşusunu qətlə yetirib. Bir neçə saat sonra isə 20 il əvvəl qardaşının arvadına sataşmış şəxsi öldürmək istəyib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1968-ci il təvəllüdlü Aqşin Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. O, xüsusi amansızlıqla qəsdən adam öldürmə və xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə ittiham edilir.

İttihama görə, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan Aqşin Quliyev qonşusu 1972-ci il təvəllüdlü İlham Həşimovu xüsusi amansızlıqla qətlə yetirib. Qətlin törədilməsinə səbəb Aqşinin İlham Həşimovla həyat yoldaşı arasında olan münasibəti öyrənməsi olub. Aqşin qonşusu İlhamı öz evinə çağıraraq bu haqda ondan soruşub. İlham bu söz-söhbəti təkzib edib. Amma Aqşin Quliyev İlhamı öldürmək niyyətindən daşınmayıb.

Aqşin əvvəlcə şirniyyat qoymaq üçün istifadə olunan qabı İlhamın başına vurub. Sonra əlbəyaxa olublar. Aqşin daha sonra xüsusi amansızlıqla və qəddarlıqla İlhamın boyun nahiyyəsinə 3 bıçaq zərbəsi endirib.

Aqşin Quliyev İlham Həşimovu qətlə yetirdikdən sonra Binəqədi qəsəbəsinə gedib. Orada isə Füzuli Şirinovu öldürmək istəyib. Lakin ona 3 bıçaq zərbəsi vurduqdan sonra ətrafda olan şəxslər və Füzuli Şirinovun oğlu onun qarşını alıb.

Törətdiyi əməli etiraf edən Aqşin Quliyev peşman olmadığını deyib. Sərbəst ifadə verən Aqşin Quliyev hər iki cinayətinin təfərrüatlarını məhkəmədəki ifadəsində danışıb.

Elan olunmuş ittihamla Aqşin Quliyev özünü təqsirli bilib. Aqşin Quliyev deyib ki, qətlə yetirdiyi İlham Həşimovla qonşu olublar, 2000-ci ilin əvvəllərindən tanışdılar. O, digər zərərçəkmiş Füzuli Şirinovla uzaq qohum olduğunu deyib.

Sərbəst ifadə verən Aqşin Quliyev bildirib ki, arvadı Sahilənin İlham Həşimova baxdığını görən zaman münasibətlərindən şübhələnib: "Mən evdən çıxanda gördüm ki, Sahilə İlhama baxır. 2-3 dəfə çağırdım, amma fikri getmişdi. Axırda yaxınlaşıb bir də çağırdım. Sorğu-sual elədim, and içdi ki, belə şey yoxdur. Mən artıq onlardan şübhələnmişdim. Mən kişiyəm, adam arvadının ona xəyanət etdiyini hiss edir. Dəfələrlə onların şübhəli hərəkətlərini tutdum. Axırıncı dəfə də evdən çıxanda İlhamın bizim balkondan evə baxdığını gördüm. Bir az səbrli olsa idim, onları birlikdə də tuta bilərdim. Amma səbrim çatmadı. Artıq ailəm dağılmışdı. Mən neftçi idim. 15 günlük dənizə gedib gələndə görürdüm ki, artıq ailə deyilik. Onunla bir evdə nəfəs ala bilmirdim, boğulurdum. Artıq ər-arvad deyildik. Uşaqlar da gedəndən sonra artıq həyat mənim üçün bitdi.

Əvvəlcə Sahiləni öldürmək istədim. Sonra fikirləşdim ki, bu, ədalətsizlik olar. Çünki mənim ailəmə daxil olan başqası idi. Sonra özümü öldürmək istədim. Fikirləşdim ki, niyə? Mən niyə bu ədalətsizliyi etməliyəm? Mən kimin ailəsinə soxulmuşam, kimin namusuna toxunmuşam? Buna görə də qərara aldım ki, İlhamı öldürüm. Artıq namus məni boğurdu. Sahiləyə dəfələrlə dedim, xəbərdarlıq etdim. And içdi, aman elədi ki, belə bir şey yoxdur. Amma bildim ki, bu hərəkəti edən şəxs üçün dəyərli heç nə yoxdur və yalandan and içir.

Mən onu öldürməyi qərarlaşdırdım. İlhamın nömrəsini tapıb özüm zəng elədim. Evə dəvət edib ondan soruşdum. Dedi ki, belə bir şey yoxdur. Əvvəlcə meyvə qabı ilə başına vurdum. Əlbəyaxa olandan sonra qaçmaq istəyəndə qapının ağzında ona çatdım. Bıçaqla ona zərbələr endirdim. Qardaşım pəncərədən girdi ki, bizi sakitləşdirsin. Təcili yardım çağırmaq da gec idi. Çünki mən onun boğazını kəsmişdim".

Aqşin Quliyev ifadəsinin davamında Füzuli Şirinovu qətlə yetirmək işləməsinin səbəbini danışıb. Deyib ki, Füzuli 20 il əvvəl onun qardaşı arvadına sataşıb: "Onu 20 il əvvəl qardaşımın arvadı ilə tutmuşdum. Fikirləşdim ki, artıq içəri gedirəm. Onu azadlıqda qoyub gedə bilməzdim. Füzulini hər məclisdə görəndə boğulurdum. Öz başıma da bu iş gələndə qərara aldım ki, onsuz da gedirəm və bu işi də həll edim. Sınıqçı işlədiyini bilirdim. Binəqədiyə gedib onu tapdım. Öldürmək istəyəndə əfrafdakılar onu qoruya bildi".

Əməlindən qətiyyən peşman olmadığını deyən Aqşin Quliyev suallara cavab verən zaman məlum olub ki, o, evinə kamera da quraşdırıbmış: "Kameranı söz-söhbətlərdən sonra qoymuşdum. Amma görüntülərdə heç nə yox idi. Mən buna əmin idim. 15 gün evdə olmurdum. Qonşulardan da bunu bilən, danışanlar var idi. Belə söhbətlər heç zaman gizli qalmır".

Aqşin Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29.120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

 



Xəbərin oxunma sayı : 1798




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap