Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Arvadının qohumuna təcavüz etdi, videoya çəkib... – Şok təfərrüat

Tarix 12.12.18, 16:50

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıtda həyat yoldaşının qohumunu zorlamaqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Məftun Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Məftun Bayramovun əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib.

Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.

İttihama görə, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Samirə Məmmədova (ad və soyad şərti verilib – red.) qohumu – Bakı şəhər sakini Məftun Bayramov tərəfindən 2015-ci ilin sentyabrından 2016-cı ilin noyabr ayınadək olan müddətdə mütəmadi olaraq Bakı və Sumqayıt şəhərlərində zorlanıb, həmçinin seksual xarakterli digər zorakılıq hərəkətlərinə məruz qalıb.

İstintaq müəyyən edib ki, Məftun Bayramov çəkdiyi intim əlaqələrini əks etdirən videogörüntü və fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə Samirə Məmmədovanı hədələyib, ondan 1890 manat dəyərində qızıl-zinət əşyaları da alıb.

Istintaq orqanı tərəfindən Məftun Bayramovun barəsində Cinayət Məcəlləsinin 149.2.5 (zorlama, təkrar törədildikdə), 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətləri etmə, təkrar törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələrilə ittiham elan edilib.



Xəbərin oxunma sayı : 2407




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap