Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Asif Agayevin fermerlərə etdiyi zülmün arxasında nə durur? - İddia

Tarix 23.02.17, 6:08

Font ölçüsü : - / +
bitmap-img6


Asif Ağayev  Şamaxını Barat Həsənovun ixtiyarına verib.

Son gon günlər Şamaxılı fermerlərin rayonun icra başçısının etdiyi qanunsuzluqlardan dövlətin müxtəlif instansiyalarına etdikləri şikayətin ardı-arası kəsilmir. Fermerləri narahat edən səbəb icra hakimiyyətinin ötən ilin dekabr ayından göndərdiyi bildirişlərdir. Şamaxı RİH-nin fermerlərə göndərdiyi bildirişlərdə deyilir ki, ötən müxtəlif dövrlərdə sahibkarlarla bağlanmış müqavilələrə birtərəfli qaydada xitam verilib. Səbəb isə sahibkarların indiyədək istifadə etdiyi torpaqların kateqoriyasının dəyişdirilərək əkin üçün istifadə olunacağıdır. 
Yaranmış problemlərə görə, şamaxılı sahibkarlar yanvar ayının 14-də icazəli aksiya keçirmək istəyiblər, ancaq icra hakimiyyəti sahibkarlara rəsmi məktub ünvanlayaraq onların aksiya keçirməyinə icazə verməyib. 

Şamaxıda icra hakimiyyəti ilə fermerlər arasında yaranmış problemlərlə bağlı AzFakt.com ilginc məlumatlar əldə edib. Məlumatlara görə, rayon ərazisində fəaliyyət göstərən fermerlərin torpaqlarının əllərindən alınmasını dövlətin aqrar siyasəti olduğunu deyən icra hakimiyyəti ciddi maxinasiyalara yol verir. Belə ki, Şamaxıda daha çox münbit torpaq sahələrindın istifadə edən fermer təsərrüfatları var ki, icra hakimiyyəti onları “dövlətin aqrar siyasəti”ndən kənarda saxlayıb. Bu fermer təsərrüfatlarının əsl sahibləri böyük vəzifəli şəxslərdir. 

Saytımıza verilən məlumata görə, Şamaxı icra hakimiyyətinin “dövlətin aqrar siyasəti”ndən kənarda saxladığı digər fermer təsərrüfatları isə başçı ilə dostluq münasibətləri olan sahibkarlardır. Verilən məlumatda deyilir ki, Şamaxının icra başçısının “yaşıl işıq” yandırdığı sahibkarlardan biri də Barat Həsənovdur. Şamaxıdakı böyük fermer təsərrüfatını “aqrar siyasət”dən yayındıra bilmiş Barat Həsənovun icra başçısı Asif Ağayevlə əvvəllər bir yerdə- SOCAR-da (SOCAR-ın tikinti layihələrinin podratçısı) işlədiyi deyilir. Məlumatlara görə, Barat Həsənovun Şamaxının icra başçısı üzərində nüfuzu o dərəcədə güclüdür ki, hətta onun kadr seçiminə də təsir edə bilir. Rayonda, eləcə də icra hakimiyyətinin strukturunda bəzi təyinatlar Barat Həsənovun “xeyir-dua”sı ilə həyata keçirilir.

Bundan başqa Barat Həsənovun paytaxt Bakıda bir sıra iaşə obyektlərinin olduğu da vurğulanır. Məlumata görə, Nizami rayonunda fəaliyyət göstərən “RİD Palase” şadlıq evi də Barat Hüseynova məxsusdur. 
Şamaxıda arxalarında iri məmur- oliqarxların olmadığı fermerlərin hazırki vəziyyətləri isə ağır olaraq qalır. 

Qarşı tərəf də münasibətini verməyə hazırıq .



Xəbərin oxunma sayı : 922




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap