Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Asiya İnkişaf Bankı:“Manatın sabit məzənnəsi Azərbaycanda inflasiyanın qarşısını almalıdır“

Tarix 03.04.19, 15:34

Font ölçüsü : - / +
bitmap-img6


Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda inflasiyanın 2019-cu ildə 4 faiz, 2020-ci ildə isə 5 faiz səviyyəsində proqnozlaşdırır

“Report” “Asian Development Outlook 2019”a istinadən xəbər verir ki, bankın ekspertləri cari ildə Azərbaycandakı 4 faizlik inflasiyanı əmək haqlarınin artırılması nəticəsində daxili tələbatın da artımı ilə əlaqələndirirlər. Bunun da nəticəsində 2020-ci ildə inflasiya səviyyəsi 5 faizədək artacaq. “Azərbaycanda mübadilə məzənnəsinin sabitliyi yüksək inflasiyanın qarşısını almalıdır”, – deyə bankın hesabatında qeyd olunur.

Ölkədəki inflasiyanın 2017-ci ildə 12,9 faizdən 2018-ci ildə 2,3 faizədək, baza inflasiyanın isə 1,8 faizədək azalmasının neftin bahalaşması sayəsində və sərt monetar-kredit siyasəti vasitəsilə əldə edildiyi göstərilir. Bu da mübadilə məzənnəsini sabitləşdirməklə istehlak bazarında qiymət artımını minimum səviyyədə saxlayıb.

Xaricdən idxal olunan ərzaq məhsullarının qiymətlərində azalma nəticəsində daxili bazardakı ərzağın bahalaşması 2017-ci ildəki 16,4 faizdən 1,7 faizədək, digər məhsulların bahalaşması 11,6 faizdən 2,6 faizədək, xidmətlərin bahalaşması da 9,3 faizdən 2,7 faizədək azalıb.

“İnflasiyanın azalmasına Azərbaycan Mərkəzi Bankı tərəfindən 2018-ci il ərzində uçot dərəcəsini dörd mərhələyə 15 faizdən 9,75 faizədək, 2019-cu ilin yanvar ayında da 9,25 faizədək azaldılması səbəb olub. Pul kütləsinin artımı 2017-ci ildəki 9 faizdən 5,7 faizədək azalıb. Bankların kredit portfelindəki payı 12,2 faiz kimi yüksək rəqəmlə ölçülən qeyri-işlək kreditlər üzrə faizlərin ödənilməməsi problemi hələ də qalıb. Eyni zamanda Azərbaycan manatına etimadın artmasını milli valyutada olan depozitlərinin 2017-ci ilin sonundakı 27,6 faizdən bir il sonra 34,6 faizədək, manatla verilən kreditlərin payı isə 59,1 faizdən 62 faizədək çoxalması sübut edir. Mübadilə məzənnəsinin sabitliyi və istehlakçıların etimadı sayəsində kredit təklifinin 2017-ci ildəki 28,5 faizlik azalmasının qarşısını almaqla 10,7 faiz artımına nail olunub”, – hesabatda bildirilib.

ADB ekspertləri Azərbaycanla Qazaxıstanda istehlak qiymətlərinin azalması nəticəsində bütün Mərkəzi Asiya regionunda inflasiyanın 9 faizdən 7,9 faizədək azaldığını da qeyd edirlər. “Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatına malik Qazaxıstanda inflasiya 2017-ci ildəki 7,4 faizdən 2018-ci ildə 6 faizədək azalıb. Çünki ərzaq məhsullarının bahalaşması 2017-ci ildəki 8,6 faizdən birdən-birə 5,1 faizə, başqa istehlak mallarının isə bahalaşması 8,4 faizdən 7,8 faizə düşüb”, – sənəddə vurğulanır.

Bununla belə, ADB Azərbaycan, Qırğız Respublikası və Tacikistanda istehlak qiymətlərinin artımı nəticəsində Mərkəzi Asiya regionunda inflasiyanın səviyyəsinin bir qədər artacağı qənaətindədir. Belə ki, inflasiyanın hələ də yüksək səviyyədə olduğu Türkmənistan və Özbəkistanda fiskal islahatı, xüsusilə də məzənnə islahatına başlandığı Türkmənistanda bir qədər sonra səngiyəcək.



Xəbərin oxunma sayı : 118




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap