Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

ATƏT və Kaspşik ofsaytda, BMT ön plandadır... – Rəsmi Bakı niyə tərəddüd edir?

Tarix 08.11.21, 23:31

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın zəfər çaldığı İkinci Qarabağ müharibəsindən bir il keçdi. Azərbaycan qarşısına qoyduğu hədəflərin əksəriyyətinə çatdı, ancaq görüləsi işlər də var. Bu sırada Qayerdən qalan ərazilərin işğaldan qurtarılması, Laçın dəhlizinin nəzarətə götürülməsi, Zəngəzur dəhlizinin açılması, sərhədlərin müəyyənləşdirilməsi və Ermənistanla sülh sazişinin imzalanması gəlir.

Bu arada, bir qisim böyük dövlət və beynəlxalq təşkilat Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesində ya rol almaq, ya da əvvəlki fəaliyyətlərini davam etdirmək istəyirlər. Misal üçün, gələn xəbərlərə görə, Birləşmiş Millətlər Təşkilatı Qarabağ məsələsində fəallaşmaq istəyir. Bu yaxınlarda, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etdilər. Səfərin məqsədi xarici işlər nazirləri ilə məcburi köçkünlər və qaçqınların geri qayıdışının şərtlərinin və perspektivlərinin, habelə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının üçün nəzərdə tutulan rolun konkret aspektlərini müzakirə emək idi.

Ancaq rəsmi Bakı hələ ki, tərəddüd edir. Çünki ATƏT kimi BMT də uzun illər içğalçı Ermənistanla işğala məruz Azərbaycan arasında bərabərlik işarəsi qoyub. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə 4 qətnamə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsi idi. Dövlət başçısı İlham Əliyev BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırdı.

Açıklama yok.

Keçmişdə Dağlıq Qarabağ deyililən bölgənin adı dəyişib, hazırda həmin ərazi Qarabağ və Şərqi Zəngəzur adlanır. Demək, başda BMT başda olmaqla digər beynəlxalq təşkilatlar Azərbaycanın bölgü qərarına hörmətlə yanaşmalı, açıqlamalarında və yazışmalarında Qarabağ və Şərqi Zəngəzur ifadələrindən istifadə etməlidirlər. Digər tərəfdən Qarabağ ermənilərinə humanitar yardım çatdırmaq istəyən beynəlxalq təşkilatların bu məsələni rəsmi Bakı ilə müzakirə etməsi, yardımı isə Azərbaycan ərazisindən çatdırması tələbi də mövcuddur.

Rəsmi Bakı BMT-nin Bakı ofisi ilə əməkdaşlığın inkişafında maraqlıdır. Qarabağ məsələsində BMT-nin Bakı ofisinin yeni reallıqları qəbul etməsi təşkilatın Nyu York ofisi ilə müqayisədə daha yüksəkdir. Reallıq isə bundan ibarətdir ki, Qarabağ münaqişəsi bitib və post-müharibə dövründə önə çıxan humanitar məsələlər Azərbaycanın dövlət strukturları ilə müzakirə olunmalıdır.

Rəsmi Bakı BMT-nin Qarabağla bağlı bütün məsələlərini məhz Azərbaycan tərəfi ilə razılaşdırılmasını istəyir. Əgər müharibədən əvvəl BMT-nin Nyu York ofisində Qarabağ məsələsində Azərbaycanla Ermənistanın mövqelərinə eyni səviyyədə yanaşırdılarsa, bunun bu şəkildə əvvəlki kimi davamı mümkün deyil. BMT-nin Azərbaycandakı nümayəndəliyi isə Azərbaycanın dövlət strukturları ilə əməkdaşlıqda problem yaşamaq istəmir.

BMT-nin 1990-cı illərin əvvəllərində qəbul etdiyi 4 qətnamə yerinə yetirilmədi. Buna görə BMT Azərbaycanda hər zaman tənqid olunub. Azərbaycan tərəfinin “Siz niyə özünüzün qəbul etdiyiniz qətnamələri görməzlikdən gəlirsiniz” sualına BMT rəsmilərinin ortaq cavabı belə olub: “Biz ATƏT-in Minsk Qrupu həmsədrlərini dəstəkləyirik”.

Bu cavab Moskva, Vaşinqton və Parisin ATƏT-də olduğu kimi BMT-də də əsas söz sahibləri olmalarından irəli gəlir. BMT Təhlükəsizlik Şurasının üzvləri olan Minsk Qrupu həmsədrləri - Rusiya, ABŞ və Fransa BMT qətnamələrinin bu təşkilatda müzakirəsinə hər dəfə əngəl oldular və bağlı qapılar arxasında dedikləri bu idi: “BMT bu problemə qarışmasın, bu məsələ bizlikdir”.

Həmsədrlər “bizlik” dedikləri problemi illər uzunu inhisara aldılar, işğala seyrçi qaldılar və nəticəsi... İkinci Qarabağ müharibəsi oldu.

Açıklama yok.

Haqqında danışılan BMT qətnamələri tarixdə qaldı. Bəs indi BMT Azərbaycanla Ermənistana hansı məsələnin və ya məsələlərin həllində yardımçı ola bilər?

Birincisi, BMT-nin minaların təmizlənməsi məsələsində fəallaşması Azərbaycan üçün faydalıdır. Digər tərəfdən BMT-nin Qarabağdakı ermənilərə hansısa humanitar yardımların çatdırılması Azərbaycan üzərindən həyata keçirilməlidir. Bununla BMT Azərbaycanın ərazi bütövlüyünə hörmətini əyani göstərmiş olar. Rusiya Qarabağ ermənilərinə hurmanitar yardımı Ermənistan üzərindən çatdırmaqda davam edir. Rəsmi Bakı bunun dəyişdirilməsinə çalışır. Bunun üzərində çalışmalar davam edərkən, rəsmi Bakı beynəlxalq təşkilatlar, o cümlədən BMT və Qırmızı Xaş Komitəsinin Qarabağdakı ermənilərlə əlaqələrinin Bakı üzərindən həyata keçirilməsində israrlıdır, yəni Xankəndinə yüklər Ağdam və Füzuli istiqamətindən çatdırılmalıdır. Ermənistan hakimiyyəti isə bunun məhz belə olacağını bildiyindən Qarabağdakı ermənilərə BMT-nin humanitar yardım çatdırılmasının əleyhinədir.

İkincisi, BMT iki ölkə arasında sülh quruculuğu işinə töhvə verə bilər. İşğal dövründə “sülh quruculuğu” Azərbaycanın maraqlarına cavab vermirdi. Çünki Ermənistan “sülh quruculuğunu” işğal davam edərkən təklif edirdi. Azərbaycan isə bunun əleyhinə idi. İndi isə əksinə, rəsmi Bakı münaqişənin bitdiyini bildirərək sülh quruculuğu çalışmalarının başlamasını məqbul sayır. Ancaq bu proses müsbət nəticəyə köklənməlidir, yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olmalıdır.

Bu arada, Minsk Qrupu həmsədrlərindən də xəbər var. Müharibədən sonra işsiz qalan həmsədrlər müzakirə predmeti axtarırlar ki, yenidən Bakı və İrəvana səfər edə bilsinlər. Rəsmi Bakı isə status məsələsini həmsədrlərlə müzakirə etməyəcəyini dəfələrlə bildirib. Azərbaycan hakimiyyəti həmsədrlərin Azərbaycanla Ermənistan arasında etimadın yaradılması və humanitar məsələlərin müzakirəsində vasitəçi olmasına etiraz etmir. Bununla yanaşı rəsmi Bakının həmsədrlərin minaların təmizlənməsi, diversantların dəyişdirilməsi və sülh quruculuğu məsələsində kollektiv vasitəçiliyinə müsbət yanaşmadığı hiss olunur. Məsələ burasındadır ki, son bir ildə minaların təmizlənməsində konkret dövlətlər vasitəçi oldu, ancaq bu vasitəçilik işə yaramadı, çünki Ermənistanın təqdim etdiyi xəritələrin coxu saxta idi.

Diversantların Ermənistana zaman-zaman ötürülməsində də rəsmi Bakının həmsədrlərin vasitəçiliyinə ehtiyacı yoxdur. Sülh quruculuğuna gəldikdə isə bu çalışmalarda beynəlxalq qeyri-hökumət təşkilatlarına üstünlük verilə bilər. Ümumiyyətlə, rəsmi Bakı çalışır ki, həmsədrlik institutu getdikcə arxa plana keçsin, onlara ehtiyac qalmasın. Bu doğru strategiyadır.

Açıklama yok.

ATƏT sədrinin Cənubi Qafqazdakı təsmilçisi Andyej Kaspişik də müharibədən sonra işsiz qalıb. Onun ofisi müharibədən öncə atəşkəsin monitorinqini aparırdı, indi isə bu vəzifəni Türkiyə və Rusiyanın ortaq monitorinq mərkəzi həyata keçirir. Demək, Kaspişkin də fəaliyyətinə ehtiyac qalmayıb. Həmsədrlər kimi, o da uzun müddətdir ki, Bakıda görünmür. ATƏT-də Kaspşiki bir başqa diplomatla əvəz etmək ehtimalı yüksəkdir, ancaq əvvəlcə onun ofisinin nə ilə məşğul olacağı aydınlaşdırılmalıdır.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 1042




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap