Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ata bağlanıb sürüdülən qadının videosu yayıldı - VİDEO

Tarix 10.10.19, 15:51

Font ölçüsü : - / +
bitmap-img6


Goranboyda qadının ata bağlanaraq sürüdülməsinin təfərrüfatı bilinib.

AzFakt.com xəbər verir ki, bu barədə Goranboy Rayon İcra Hakimiyyətinin Əlirzalı kənd icra nümayəndəsi Nizadil Hüseynov Oxu.Az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Sahilə Ələkbərova qonşusu tərəfindən döyülüb:

"Qonşunun atı digər qonşunun həyətinə keçib. Daha sonra məlum olub ki, at qonşunun həyətindədir və dalaşıblar. Onlar üç nəfər olub. Sahilə Ələkbərovanın əl-ayağını kəndirlə bağlayıb, küçədə sürüyüblər.

Bu zaman səs-küyə qonşular gəlib və qadını onların əllərindən alıblar. Sahilə Ələkbərova hazırda xəstəxanadadır”.

Sahilə Ələkbərovanın həyat yoldaşı Xaliq Bayramovun sözlərinə görə, hadisə barədə ona qonşuları məlumat verib:

"Qonşu mənə zəng etdi ki, yoldaşın ölür, gəl. Getdim ki, qonşular arvadımı onların əlindən xilas edib. At küçədə otlayırmış, həyat yoldaşım onu gətirməyə gedirmiş. Bu zaman qonşu atı öz həyətlərinə salıb.

Daha sonra atın ipini yoldaşımın əlinə dolayıblar. Anası əlindən tutub, oğlu və qızı ağacla döyüblər. Bizim onlarla 6-7 ildir ki, münasibətimiz yoxdur”.

X.Bayramov qeyd edib ki, həyat yoldaşı ilə yanaşı, oğlu da döyülüb:

"Uşağımın da qolundan vurublar”. 

Döyülən Sahilə Ələkbərova isə bildirib ki, səhər tezdən atı gətirmək üçün gedib və o zaman döyülüb:

"Atı gətirmək üçün gedəndə gördülər, mən gəlirəm, atı içəri saldılar və mənə hücum etdilər.  Yıxdılar məni və əllərimi bağlayıb, döydülər. Qonşular səsə gəlib, məni əllərindən aldı”.









Xəbərin oxunma sayı : 715




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap