Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Atambayev: “Mənə müxalifətçi Babanovu dəstəkləmək üçün 20 milyon dollar təklif edirdilər“

Tarix 16.10.17, 6:00

Font ölçüsü : - / +
bitmap-img6


"Yanıma xarici oliqarx gəlmişdi və Babanovu dəstəkləmək üçün mənə 20 milyon dollar təklif edirdi”.

Virtualaz.org "Azadlıq" radiosunun qırğız xidmətinə istinadən bildirir ki, bunu Qırğızıstan prezidenti Almazbek Atambayev Bişkekdə səsvermədən sonra jurnalistlərin suallarına cavab verərkən deyib.

A.Atambayevdən soruşublar ki, o, namizədlərdən biri haqda öz fikirini niyə dəyişdirdi. Prezident cavab verib ki, vəziyyət ay yarım əvvəl dəyişdi: “Məhz ay yarım əvvəl birdən gördüm ki, Babanov məni necə ləkələməyə başlayır. Halbuki Babanov əvvəllər həmişə məni "Abi" adlandırırdı (bu türkcə - böyük qardaş deməkdir), tərifləyirdi, özü də elə tərifləmələri mən başqa heç kimdən eşitmirdim.

Babanov, hansı ki, mənə "Sizin yolunuzu yalnız mən davam edəcəyəm" deyirdi, birdən bəyan etdi ki, biz o yolla getmirik. Açıq danışıram, yanıma Babanovun adından bir xarici oliqarx gəlmişdi, ona dəstək olmaq üçün mənə 20 milyon dollar təklif etdi. Mən isə dedim: "Əzizim, elə şeylər var ki, satılmır".

Nə vaxt ki, bəzi şeylərin üstü açılmağa başladı və nə vaxt ki, qarışıqlıqlara hazırlığın haradan maliyyələşdirildiyi aydın oldu, mən onda düşünməyə başladım. Mən sadəlövh insanam - aldanılıram, Qırğızıstan xalqı da eynilə mənim kimi. Amma Allaha şükür ki, mən Babanovun iç üzünü vaxtında ayırd etməyə imkan tapdım".






Xəbərin oxunma sayı : 457




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap