Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Atambayevə rəsmən ittiham irəli sürüldü – korrupsiya, hakimiyyətdən sui-istifadə...

Tarix 09.08.19, 14:57

Font ölçüsü : - / +
bitmap-img6


Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə rəsmən korrupsiya ittihamı irəli sürülüb. O, ötən gecə, Bişkek kənarındakı iqamətgahında təhlükəsizlik qüvvələri ilə qarşıdurmadan sonra saxlanıb.

Bişkekin “Bir may” rayon məhkəməsi avqustun 9-da bildirib ki, 62 yaşlı keçmiş prezidentə ittiham 2013-cü ildə kriminal avtoritet Əziz batukayevin qanunsuz olaraq azadlığa buraxılması ilə bağlıdır. O, bir deputatın və Daxili İşlər Nazirliyi rəsmisinin öldürülməsində təqsirli bilinmişdi.

Məhkəmə Atambayevin avqustun 26-dək Dövlət Milli Təhlükəsizlik Komitəsinin təcridxanasında saxlanması barədə qərar çıxarıb.

Avqustun 7-də təhlükəsizlik qüvvələrinin Atambayevi saxlamaq cəhdi alınmamışdı. O, Daxili İşlər Nazirliyinin dindirilmə ilə bağlı üç çağırışına getməyəndən sonra onun saxlanmasına qərar verilib.

Hakimiyyət daha öncə Atambaev-in 2011-2017-ci illərdə prezident postunda olarkən beş maddə üzrə ittiham olunduğunu deyirdi – buraya korrupsiya, hakimiyyətdən sui-istifadə, qanunsuz varlanma daxildir.

Atambayev və tərəfdarlarının müqaviməti, bir polis əməkdaşının öldürülməsi və 100-dən artıq adamın yaralanması keçmiş prezidentə əlavə ittihamların irəli sürülə biləcəyi deməkdir.

Qırğızıstan Baş Prokurorluğu artıq insidenti araşdırmağa başlayıb.

Atambayevin iqamətgahına basqın zamanı öldürülmüş 47 yaşlı polkovnik Usen Niyazbekov isə avqustun 9-da səhər dəfn olunub. (virtualaz.org)



Xəbərin oxunma sayı : 202




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap