Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Atəşkəsin 23 ili - Nə qazandıq, nə itirdik?

Tarix 12.05.17, 21:19

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsinin 23 ili tamam olur

1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb. 

Ötən 23 il ərzində sülh danışıqları nəticə verməyib.

Politoloq Qabil Hüseynli hesab edir ki, Bişkek protokolu imzalanarkən, orada bir müddəa öz əksini tapıb. Orada qeyd edilib ki, atəşkəs rejimi sülh müqaviləsi imzlanana qədər davam etməlidir: 

“Müharibə şəraiti davam etdiyindən Bişkek protokolu hələ də qüvvədədir. Atəşkəs rejimi Azərbaycana dərindən nəfəs almağa və bir çox məsələləri yerbəyer etməyə imkan verdi. Atəşkəsin əldə olunmasından sonra Azərbaycan tarixi neft müqaviləsi imzaladı. Nəticə etibarı ilə o vaxt büdcəsi xeyli zəif olan Azərbaycan neft gəlirləri hesabına həm büdcəni doldura bildi, həm də əhalinin rifah halını qaldıra bildi, həm də ciddi ordu quruculuğuna başladı. Bu gün Azərbaycan regionun ən inkişaf etmiş dövlətidir. Ordumuz təkcə regionun yox, dünyanın ən güclü ordularından birinə çevrilib. Bir sözlə Azərbaycan atəşkəs rejimindən ciddi sürətdə yararlanıb, döyüşə hazır ordu yaratmağa nail olub. 4 günlük aprel müharibəsi bunu əyani göstərdi”. 

Politoloq bildirib ki, Bişkek protokolunun qüvvədə olmasına baxmayaraq atəşkəsin pozulma halları davam edir və sülh danışıqları fayda vermir: “Biz çox istərdik ki, sülh yolu ilə ərazi bütövlüyümüz bərpa edilsin. Amma buna Ermənistan və onun qəyyumları hər vasitə ilə maneəçilik törədir. Biz çalışacağıq ki, bu maneəni aradan qaldıraq və sülh danışıqlarını yenidən bərpa edək. 

Nəzərə alsaq ki, son zamanlar ermənilərin müharibə ritorikası daha da güclənib. Ermənilər müharibə varinatını seçəcəklərsə, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün ölüm-dirim savaşına girişəcək. Ermənilər bunun mahiyyətini dərindən başa düşmürlər. Amma, bu Azərbaycan üçün müqəddəs vətən müharibəsidir. Azərbaycan bu müharibənin baş verməsini arzulamasa da, hər şeyin sülh danışıqlar yolu ilə həll edilməsini istəsə də, dövlətin və millətin ləyaqətinin qorunması tələb olunarsa, hərbi yola əl atacaq və ərazi bütövlüyünü hərbi qüdrəti ilə bərpa edəcək”. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu saziş imzalananda belə ümidlər vardı ki, bölgəyə sülh gətirəcək və tezliklə sülh müqaviləsi imzalanacaq: “Təəssüf ki, belə olmadı. Sülhü təmin etməli olan atəşkəs hazırda Azərbaycanın əleyhinə işləyir. Birincisi, atəşkəs Azərbaycanın dəyişmək istədiyi status-kvonun ömrünü uzadır. İkincisi, həmsədr dövlətlər daim Azərbaycandan atəşkəsə riayət olunmasını istəyir və bəzən bunu tələb şəklində ortaya qoyurlar. Üçüncüsü, danışıqlarda irəliləyiş yoxdursa, böyük dövlətlərin istinad etdiyi yeganə “qala” atəşkəsdir. Bunların hər üçü işğalçı dövlətin maraqlarına uyğundur. Aydındır ki, genişmiqyaslı müharibənin müxtəlif riskləri var. Bunu ötən ilin aprelində baş verən cəmi 4 günlük müharibə də göstərdi. Müxtəlif açıqlamalar, məlum ölkədən telefon zəngləri oldu”. (azvision.az)



Xəbərin oxunma sayı : 406




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap