Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

ATU rektorunun Gəncədəki evindən oğurluq olub - Maraqlı məqamlar

Tarix 17.06.19, 22:16

Font ölçüsü : - / +
bitmap-img6


Bu günlərdə Gəncədə oğurluq hadisəsi baş verib. 

Belə ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun yaydığı məlumata görə, iyun ayının 13-də Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub. 

Dərhal Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 2000 dollar nağd pul, ümumi dəyəri 3000 manat olan iki ədəd qızıl saat, ümumi dəyəri 700 manat olan 2 ədəd mobil telefon və 500 manat dəyərində bəzək əşyaları oğurlanıb. 

Qeyd edək ki, rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş, 18 yaşlı Mahir Tağıyev, 23 yaşlı Xəlil Qarayev və 20 yaşlı Mayıl Həsənov saxlanılıb. 

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər və oğurladıqları əşyaları satdıqlarını deyiblər. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sözügedən oğurluq hadisəsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəxslər Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Şamil oğlu Süleymanovun evini qarət ediblər. İddia olunur ki, məhz bu səbəbdən də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun yaydığı məlumatda hadisənin nə zaman və kimlər tərəfindən törədildiyi, o cümlədən qarət zamanı evdən aparılan pul və qiymətli əşyalar barədə bilgilər əks olunsa da, evin kimə məxsus olması qeyd olunmayıb. 

Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, Azərbaycan Texnologiya Universitetinin rektoru baş vermiş hadisədə adının hallanmaması üçün əməlli-başlı "əmək" sərf edib. Maraqlıdır, görəsən niyə? Axı burda qeyri-adi, ya da utanıb çəkinəcək heç nə yoxdur. Çünki oğurluq hadisəsi hər kəsin başına gələ bilər və heç kim bundan sığortalanmayıb. 

Qeyd edək ki, 13 mart 2013-cü il tarixdən etibarən Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsində çalışan Akif Süleymanovun adı müxtəlif vaxtlarda ciddi qalmaqallarda hallanıb. 

Bundan başqa, Türkiyə Ali Təhsil Şurası (YÖK) Azərbaycan Texnologiya Universitetinin FETÖ ilə bağlantısı ehtimalını nəzərə alaraq, onu tanımamaq haqda qərar verib.

Bu arada, onu da vurğulamaq lazımdır ki, Akif Süleymanovun evini qarət edildikdən sonra onun sürücüsü işdən azad olunub.

"Hurriyyet.org”



Xəbərin oxunma sayı : 370




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap