Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

ATV-nin keçmiş sahibinin Londondakı şirkəti ləğv olundu - SƏNƏD

Tarix 15.01.21, 10:53

Font ölçüsü : - / +
bitmap-img6


Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş sahibi Tağı İbrahimovun Londondakı şirkətinin - STONE`S ENTERPRISES LTD-nin qeydiyyatı Britaniya Şirkətlər Evi tərəfindən ləğv edilib. Buna səbəb şirkətin maliyyə hesabatının təqdim edilməməsi olub. 

AzFakt.com xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Məlumatda deyilir ki, Britaniya Şirkətlər Evi ötən il noyabrın 3-də bununla bağlı Tağı İbrahimova xəbərdarlıq göndərsə də üstündən iki ay keçməsinə baxmayaraq müvafiq sənədlər təqdim olunmayıb. Xəbərdarlıqda bildirilirdi ki, səbəb göstərilmədiyi təqdirdə şirkət yuxarıda göstərilən tarixdən ən azı 2 ay sonra reyestrdən çıxarılacaq və ləğv ediləcək. Bu xəbərdarlıqdan sonra şirkət ləğv edildikdə sahib olduğu və ya etibar etdiyi bütün mülkiyyət və hüquqlar, şirkət "bona vacantia" sayılır və Birləşmiş Krallığın mülkiyyətinə keçir. 

Tağı İbrahimova verilən möhlət başa çatıb və Şİrkətlər Evi tərəfindən bu il yanvarın 19-dan şirkətin fəaliyyətinin rəsmi dayandırılması, mülkiyyətinin İngiltərə xəzinəsinə verilməsi barədə qərar verilib.

STONE`S ENTERPRISES LTD 2019-cu ilin fevralın 1-də təsis edilib. Biznes təsnifatına görə şirkət beton, suvaq və sement məmulatlarının istehsalı, yolların və avtomobil yollarının tikintisi sahəsində fəaliyyət göstərib.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.






Xəbərin oxunma sayı : 379




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap