Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Auditin nəticələri əsasında müvafiq tədbirlər həyata keçirilir – “Qaçqınkom“

Tarix 10.07.20, 22:42

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikası Hesablama Palatası iyunun 8-də özünün rəsmi internet səhifəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair apardığı uyğunluq auditinin nəticələri barədə məlumat yerləşdirib. 

Komitədən verilən məlumata görə, audit nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Komitə tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Belə ki, bir sıra məsələlər auditin aparıldığı müddətdə öz həllini tapıb, Hesablama Palatasının məlumatında qeyd edilən məbləğdə vəsaitin dövlət büdcəsinə bərpası təmin olunub. Həmçinin vahid aylıq müavinət alan şəxslərin siyahılarının dəqiqləşdirilməsi üçün həmin siyahıları tərtib edən müvafiq yerli icra hakimiyyəti orqanlarına məktub göndərilib. 

Qeyd edək ki, Dövlət Komitəsində vahid elektron informasiya bazasının yaradılması və onun işinin təkmilləşdirilməsi məcburi köçkünlərin sosial müdafiəsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasında şəffaflığın təmin olunmasına imkan verir.

Dövlət Komitəsi bir daha bildirir ki, Hesablama Palatasının müəyyən etdiyi nöqsanların tam aradan qaldırılması üçün bundan sonra da bütün zəruri tədbirlər görüləcək.




Xəbərin oxunma sayı : 1612




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap