Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Autizmli uşaqların moda gecəsi – FOTO

Tarix 25.04.17, 23:57

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda autizmli uşaqların iştirakı ilə “Autizm - fərqli və bizdən biri” adlı xeyriyyə xarakterli moda gecəsi keçirilib


AzFakt.com-un məlumatına görə, moda gecəsi “Birgə və Sağlam” İctimai Birliyi və “Ümid var” xeyriyyə təşkilatının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə görkəmli ictimai xadimlər, tibb nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Onların sırasında Milli Məclisin deputatı Qənirə Paşayeva, “British Council”ın Azərbaycandakı direktoru Elizabet Uayt, Azərbaycanın Əməkdar artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva və bir çoxları olublar. 

Moda gecəsi autizm mövzusuna həsr edilmiş videoçarxın nümayişi ilə başlayıb. Videoçarx autizm diaqnozlu uşağın böyüdüyü ailə barədə bəhs edir. Ardından autist uşaqların ifasında Azərbaycanın Dövlət Bayrağına həsr edilmiş xoreoqrafik kompozisiya təqdim olunub.

Gecədə tanınmış televiziya aparıcısı Leyla Quliyeva çıxışında qeyd edib ki, son vaxtlar ölkədə autizm mövzusuna həsr olunmuş bir sıra sosial tədbirlər keçirilir. Bu cür tədbirlər maarifləndirici xarakter daşıyır və bu xəstəlik haqqında geniş məlumat verməyə istiqamətlənib.

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova çıxışında bu gecənin keçirilməsinə dəstək verən və yardım edən hər kəsə təşəkkürünü bildirib. Onun sözlərinə görə, “Birgə və Sağlam” İctimai Birliyi insanlara autizm barədə bəhs edən və autistləri daha yaxşı başa düşməyə kömək edən bir sıra layihələr və tədbirlər həyata keçirir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva cəmiyyətin diqqətini autizm probleminə cəlb etmək baxımından bu cür layihələrin əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, belə tədbirlər autist uşaqlarla işləyən insanlara bu mövzu üzrə öz fikrini söyləməyə və bir çox yayılan suallara cavab verməyə imkan yaradır.

Tanınmış modelyer-dizayner, Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova çıxış edərək bildirib ki, autizmli uşaqlar üçün milli geyim kolleksiyasını yaratmaq təklifi alanda işə böyük məsuliyyət və məmnuniyyətlə başlayıb.

G.Xəlilova qeyd edib ki, layihənin reallaşdırılması cəmiyyətin autizm barədə daha çox öyrənməsi, autizmli uşaqların tərbiyəsi, tədrisi, sosial adaptasiyası və cəmiyyətə inteqrasiyası, habelə onların öz potensiallarını reallaşdıra bilmələri üçün şəraitin yaradılması baxımından çox önəmlidir.

Milli Geyim Mərkəzinin rəhbəri çıxışında diqqətə çatdırıb ki, autizmli uşaqlar arasında çox və hərtərəfli istedadlı şəxslər var.

Ardından 10 autist uşaq tanınmış modelyer-dizayner G.Xəlilova tərəfindən yaradılmış xüsusi kolleksiyada podiuma çıxıblar. Kolleksiya “Birgə və Sağlam” Reabilitasiya Mərkəzinin uşaqları tərəfindən nümayiş etdirilib. Dəfilə üçün gənc modelləri “Sevimli Bala” uşaq klubunun “Kiddoz Model” agentliyi hazırlayıb.

Uşaqlar kolleksiyanı böyük həvəslə nümayiş etdiriblər, görünürdü ki, onlar üçün yaradılmış geyimlər çox xoşlarına gəlib, uşaqlar özlərini həmin geyimlərdə rahat hiss edirdilər. Əlbəttə ki, bu işdə G.Xəlilovanın böyük zəhməti var. Modelyer-dizayner hər bir uşağa qarşı fərdi yanaşma tapıb. Dəfilə heç şübhəsiz, uşaqların baş qəhrəman olduğu sehrli nağıla bənzəyirdi.

Gecədə tanınmış artistlər Tünzalə Ağayeva, Samirə Allahverdiyeva, Murad Arif, habelə “Səs Azərbaycan” vokal telelayihəsinin iştirakçıları Samirə Əfəndiyeva, Tofiq Hacızadə, Ləman Dadaşova, Ruslan Alişan, Nərmin Kərimbəyovun ifasında musiqili kompozisiyalar səslənib.

Proqram T.Ağayeva və “Səs Azərbaycan” şosunun iştirakçılarının səsləndirdiyi “Fərqliyəm – Sizdən biriyəm” mahnısı ilə yekunlaşıb. Kompozisiyanın musiqi müəllifi T.Ağayeva, sözlərinin müəllifi isə Murad Arifdir.

Tədbirin sonunda A.Eynalova G.Xəlilovaya təşəkkür məktubu və autizm sindromlu uşaqların hazırladığı oyuncaqlar təqdim edib.















Xəbərin oxunma sayı : 112




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap