“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

AVRO-2020-nin püşkü atıldı – Türkiyə millisi Bakıya gələcək

Tarix 30.11.19, 22:16

Font ölçüsü : - / +
bitmap-img6


Rumıniyanın paytaxtı Buxarestdə 2020-ci il Avropa çempionatının püşkatma mərasimi keçirilib. 

Bədii hissənin ardından aparıcılar səhnəyə çıxıblar. AVRO-2020-nin rəsmi saundrekini ifa edəcək Martin Qarriks təqdim olunub. Ardından çempionata ev sahibliyi edəcək şəhərlər və nüfuzlu yarışa vəsiqə qazanmış komandalarla bağlı təqdimat videosu nümayiş etdirilib.

Rikardu Karvalyu və Joau Mariu AVRO-2020-nin qalibinə verilən Anri Delone kubokunu səhnəyə gətiriblər. Sonra püşkün çəkilməsinə başlanılıb. 

Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.
 
Püşkün nəticəsinə əsasən Avropa çempionatının ilk oyunu İtaliya - Türkiyə matçı olacaq. Bu matç Romada baş tutacaq. Lakin Türkiyə millisi qrupdakı iki oyununu Bakıda keçirəcək. Həmin matçlar Bakı Olimpiya Stadionunda baş tutacaq.

A qrupu (İtaliya, Azərbaycan):

1. Türkiyə

2. İtaliya

3. Uels

4. İsveçrə


B qrupu (Rusiya, Danimarka):

1. Danimarka

2. Belçika

3. Finlandiya

4. Rusiya

C qrupu (Niderland, Rumıniya):

1. Niderland

2. Ukrayna

3. Avstriya

4. D (Gürcüstan/Belarus-Şimali Makedoniya/Kosovo)


D qrupu (İngiltərə, Şotlandiya):

1. İngiltərə

2. Xorvatiya

3. C (Norveç/Serbiya-Şotlandiya/İsrail)

4. Çexiya


E qrupu (İspaniya, İrlandiya):

1. İspaniya

2. İsveç

3. Polşa

4. B (Bosniya və Herseqovina/Şimali İrlandiya-Slovakiya/İrlandiya)


F qrupu (Almaniya, Macarıstan):

1. A (Bolqarıstan/Macarıstan-İslandiya/Rumıniya)

2. Portuqaliya

3. Fransa

4. Almaniya


Qeyd edək ki, final mərhələsinin oyunları 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək. 



Xəbərin oxunma sayı : 286




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap