Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

AVRO-2020: Rusiya qrupda qaldı

Tarix 22.06.21, 8:05

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Avropa çempionatının B qrupunda mübarizəyə yekun vurulub.

AzFakt.com xəbər verir ki, Bakı vaxtı ilə eyni saatda start götürən matçlarda Danimarka Rusiya ilə, Belçika isə Finlandiya ilə qarşılaşıb.

Kopenhagendəki "Parken" stadionunda baş tutan görüş danimarkalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qolu 38-ci dəqiqədə meydan sahiblərinin heyətində Mikkel Damsqor vurub. 59-cu dəqiqədə Andreas Kristensen 2-ci topu rəqibin qapısından keçirib. 70-ci dəqiqədə Rusiya millisi Artyom Dzyubanın penaltidən vurduğu qolla fərqi minimuma endirib. Lakin cəmi 9 dəqiqə sonra Andreas Kristensen rusiyalıları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada son nöqtəni isə 82-ci dəqiqədə Yoakim Mehle qoyub.

Bekçika seçməsi isə Finlandiyanın qapısından 2 cavabsız qol keçirib. 74-cü dəqiqədə finlandiyalıların qapıçısı Lukaş Qradetski avtoqol müəllifi olub. 81-ci dəqiqədə isə Romelu Lukaku yekun hesabı müəyyənləşdirib.

Bu nəticələrdən sonra qrupda Danimarka, Finlandiya və Rusiya 3 xala malik olsa da, birincilər daha yaxşı göstəriciyə malik olduğundan 1/8 finala vəsiqə qazanıb. Finlandiya 3-cü yeri tutub. Bu komanda pley-offa adlamaq üçün digər matçların nəticələrini gözləməlidir. Rusiya yığması isə sonuncu olaraq, qrupda qalıb.

Qeyd edək ki, daha əvvəl İtaliya, Niderland, Belçika, Uels və Avstriya yığmaları 1/8 finala çıxıblar.



Xəbərin oxunma sayı : 694




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap