Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Avroliqa: Bakıda ingilis finalı olacaq

Tarix 10.05.19, 0:55

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulur.

"Valensiya" "Mestalya"da "Arsenal"ı qəbul edib. İlk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən "topçular" cavab oyunu ərəfəsində müəyyən üstünlüyə sahib idilər.

Oyunda hesab 11-ci dəqiqədə açılıb. Kevin Qameyro "yarasalar"ı önə keçirib. Çox keçmədən Pyer Emerik Obameyanq hesaba tarazlıq gətirib. İkinci hissənin əvvəllərində Aleksandr Lyakazaett "Arsenal"ın ikinci qoluna imza atıb. "Valensiya" bu qola da Qameyro ilə cavab verib. 69-cu dəqiqədə London klubu yenidən önə keçib. Obameyanq fərqlənib. 88-ci dəqiqədə het-trikini də rəsmiləşdirən qabonlu futbolçu matça nöqtə qoyub. Beləliklə, səfərdə rəqibini 4:2 hesabı ilə üstələyən "Arsenal" Avropa Liqasının finalına vəsiqə qazanıb.

"Ayntraxt" "Çelsi"nin qonağı olub. Komandalar arasındakı ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alınmışdı.
 
"Stemford Bric"də keçirilən matçın əsas və əlavə vaxtında da eyni hesab qeydə alınıb. Loftus-Çikin 28-ci dəqiqədə vurduğu qola Yoviç 49-cu dəqiqədə cavab verib. Nəticədə finalçını müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. "Futbol lotereyası"nda qalib olan "Çelsi" həlledici oyunda "Arsenal"ın rəqibi olub.

Avropa Liqası

Yarımfinal (cavab görüşləri)

"Valensiya" (İspaniya) - "Arsenal" (İngiltərə) - 2:4
 
Qollar: Qameyro (11, 58) - Obameyanq (17, 69, 88), Lyakazett (50)

Baş hakim: Danni Makkeli (Hollandiya)

"Mestalya", Valensiya

İlk görüş - 1:3


"Çelsi" (İngiltərə) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 1:1 (penaltilər seriyası - 4:3)
 
Qollar: Loftus-Çik (28) - Yoviç (49)

Baş hakim: Ovidiu Haçeqan (Rumıniya)

"Stemford Bric", London

İlk görüş - 1:1
 
"Arsenal" və "Çelsi" arasındakı final matçı mayın 29-da keçiriləcək. Oyuna Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.



Xəbərin oxunma sayı : 133




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap