Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Avroliqada yarımfinalçılar müəyyənləşdi

Tarix 13.04.18, 15:20

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Avropa Liqasında 1/4 finalın cavab matçları keçirilib.

Qol.az-ın məlumatına görə, oynanılan 4 görüşlə yarımfinala yüksələn komandalar müəyyənləşib.

“Arsenal” Rusiyada MOİK-in qonağı olub. Londonda keçirilən ilk görüşdə 4:1 hesablı qələbə qazanan Arsen Vengerin komandası səfərdə heç-heçəyə nail olmaqla növbəti mərhələyə adlayıb.

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Atletiko” səfərdə “Sportinq”lə qarşılaşıb. Madrid klubu ilk oyunda 2:0 hesabı ilə qalib gəlib. Buna görə də cavab matçında 0:1 hesablı yenilgiyə baxmayaraq, mübarizəni davam etdirmək hüququ qazanıb.

“Zalsburq” öz meydanında “Latsio”nu qəbul edib. İtaliyada keçirilən ilk görüşdə Roma təmsilçisi 4:2 hesablı qələbəyə sevinib. Cavab matçında gözlənilmədən 1:4 hesablı məğlubiyyətlə üzləşən "Latsio" yarımfinaldan kənarda qalıb. 

Digər görüşdə isə “Marsel” “Leyptsiq”i qəbul edib. Almaniya klubu ilk görüşdə 1:0 hesablı qələbə qazandığından səfərə üstün durumda yollansa da, fransızlar 5:2 hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıblar.
  

12 aprel

Avropa Liqası

1/4 finalın cavab oyunları

MOİK (Rusiya) - “Arsenal” (İngiltərə) - 2:2
Qollar: Çalov, 39 (1:0), Nabubkin, 58 (2:0), Uelbek, 75 (2:1), Remzi, 90+2 (2:2)
İlk oyun - 1:4

“Zalsburq” (Avstriya) - “Latsio” (İtaliya) - 4:1 
Qollar: İmmobile, 55 (0:1), Dabbur, 56 (1:1), Haidara, 72 (2:1), Hee-Chan, 74 (3:1), Lainer, 76 (4:1)
İlk oyun - 2:4

“Sportinq” (Portuqaliya) - “Atletiko” (İspaniya) - 1:0 
Qol: Montero, 28
İlk oyun - 0:2

“Marsel” (Fransa) - “Leyptsiq” (Almaniya) - 5:2 
Qollar: Bruma, 2 (0:1), Stefan İlsanker, 6-avtoqol (1:1), Sarr, 9 (2:1), Thauvin, 38 (3:1), Auqustin, 55 (3:2), Payet, 60 (4:2), Sakai. 90+4 (5:2)
İlk oyun – 0:1



Xəbərin oxunma sayı : 367




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap