Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Avropa İttifaqı İlham Əliyev və Nikol Paşinyanın Vyana görüşü ilə bağlı bəyanat yaydı: “Ümid yaradır”

Tarix 31.03.19, 22:34

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqı (Aİ) Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilmiş görüşü ümidverici hesab edir

ONA-nın məlumatına görə, bu barədə martın 31-də Aİ adından yayılmış bəyanatda deyilir. Bəyanatda Aİ-nin vasitəçilik səylərinə dəstək verməyə hazır olduğu da qeyd olunur. “Azərbaycan və Ermənistan rəhbərlərinin atəşkəs rejiminin gücləndirilməsinə və sülhə xidmət edən əlverişli şərait yaradılmasına sadiqliyi, eyni zamanda konkret nəticələrə yönəlik danışıqların davam etdirilməsi istiqamətində addımlar atmağa hazır olmalarını bəyan etmələri ümid yaradır”, – deyə bəyanatda vurğulanır.

Sənəddə bildirilir ki, Aİ humanitar sahədə tədbirlərin hazırlanmasına dair Vyana razılaşmasının, habelə əhalinin sülhə hazırlanması ilə bağlı iki ölkənin xarici işlər nazirləri arasında 2019-cu il yanvarın 16-da Parisdə əldə olunmuş razılaşmanın reallaşmasını səbirsizliklə gözləyir. “Aİ vasitəçilik səylərinə və ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərinə tam dəstəyini bir daha ifadə edir”, – deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ilk rəsmi danışıqlar martın 29-da Avstriyanın paytaxtı Vyanada keçirilib.



Xəbərin oxunma sayı : 253




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap