Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Avropa İttifaqı Azərbaycanın mühüm biznes tərəfdaşıdır – Xarici ticarətdə payı 42% təşkil edir

Tarix 05.06.18, 15:29

Font ölçüsü : - / +
bitmap-img6


 “Biznes forumlar Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında işgüzar əlaqələrin qurulması imkanlarını və onların daha da yaxınlaşmasını daha da genişləndirir”.

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda bildirib.

Onun sözlərinə görə, bu gün Aİ Azərbaycanın əsas xarici tərəfdaşıdır. “Ötən il Aİ və Azərbaycan arasında ticarət dövriyyəsi 15 faiz artıb. Son 5 ildə Avropa İttifaqının Azərbaycana yatırdığı investisiyaların həcmi 15,3 milyard dollara çatıb. Son 9 ildə isə Aİ ölkələri ilə Azərbaycan arasında qoyulan investisiyaların həcmi 50,3 milyard dollar olub. Bu gün Azərbaycanın xarici ticarət dövriyyəsində Aİ ölkələrinin payı 42% təşkil edir,” – deyə nazir müavini qeyd edib. R. Məmmədov bildirib ki, Aİ neftə olan tələbatının 5%-ni Azərbaycandan alır: “Bu günlərdə açılışı olan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropa İttifaqı ölkələrinə çatdırılmasına kömək edəcək”. R. Məmmədov Azərbaycanda yaradılan sənaye parkları və sənaye məhəllələrindən də geniş danışıb. O bildirib ki, ixracın diversifikasiyası Azərbaycan üçün olduqca önəmlidir. O, Avropa İttifaqı ölkələrini bu ixracın təşviqindən istifadə etməyə dəvət edib.

“Azərbaycan və Avropa İttifaqının münasibətləri strateji tərəfdaşlıq mövqeyindədir”.

Bunu Avropa Komissiyasının Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi (DG NEAR) üzrə Baş Direktoratı, Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi münasibətlər biznes mühitinin yaxşılaşdırılması üçün ortada olan maneələri aradan qaldırmaq üçün bir fürsətdir. “Avropa İttifaqı ölkələrinin Azərbaycan üçün çağırışları var və bu çağırışlar bütün Avropa İttifaqı ölkələrinə aiddir. Bunlardan biri yeni müasir texnologiyalar və innovasiyalardan istifadəyə aiddir. Digəri isə investisiyaların əhəmiyyətidir. Biz elə bir sxem qurmalıyıq ki, 2021-ci ilə qədər Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi çərçivəsində investisiyalar 30 milyard dollara çata bilsin”.



Xəbərin oxunma sayı : 283




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap