Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Avropa İttifaqı Rusiya kəşfiyyatçılarına sanksiya tətbiq etdi –Siyahıda QRU-nun rəhbəri də var

Tarix 22.01.19, 1:00

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqı Rusiya və Suriyanın doqquz rəsmisinə qarşı kimyəvi silahlardan istifadə ilə əlaqədar sanksiyalar tətbiq edib.

AzFakt.com Amerikanın Səsi-nə istinadla xəbər verir ki, sənəddə QRU (Rusiyanın Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyat İdarəsi-red.) kəşfiyyat idarəsinin rəhbəri İqor Kostyukov və onun müavini Vladimir Alekseyevin sanksiyaların tətbiq edildiyi şəxslər arasında olduğu bildirilir.

Sanksiyalaşdırılmış daha iki Rusiya vətəndaşı isə QRU-nun agentləri olmaqda şübhələnilən Aleksandr Petrov və Ruslan Boşirovdur.

Avropa İttifaqı sanksiyaların tətbiq edildiyi şəxsləri Suriyada kimyəvi hücumun keçirilməsi, eləcə də Rusiyanın keçmiş agenti Sergey Skripal və onun qızının keçən il Britaniyada zəhərlənməsində isitfadə edilmiş kimyəvi maddənin “əldə edilməsi, daşınması və istifadə edilməsi”ndə günahlandırıb.

Britaniya prokurorları Rusiyanın iki vətəndaşını keçən ilin mart ayında keçmiş rus casus və onun qızını zəhərləndirməklə qətlə cəhddə ittiham edib.

Britaniya Kral Prokurorluq Ofisi Aleksandr Petrov və Ruslan Boşirova qarşı kimyəvi silahlara dair qanunu pozaraq, “Noviçok”dan istifadə edilməsi, Sergey Skripal və onun qızı, eləcə də zəhərlənən Britaniya polisini qətlə yetirmək cəhdinə görə ittihamların irəli sürülməsi üçün kifayət qədər dəlil olduğunu bildirib.

Rusiya Skripallara qarşı əsəb qazından istifadə etməklə hücumun arxasında olduğunu inkar edir.

Sergey Skripal və onun qızı Yuliya Britaniyanın cənubundakı Salsböri şəhərində alış-veriş mərkəzinin qarşısında skamyada huşlarını itirmiş vəziyyətdə aşkar edilmişdilər. Təhqiqatçılar onların Sovet dövründə istehsal edilmiş əsəb qazı “Noviçok”la zəhərləndiklərini müəyyən edib.

Britaniyanın prokurorları Rusiyanın iki vətəndaşını mart ayında keçmiş rus casus və onu qızını zəhərləndirməklə qətlə cəhddə itiham edib.



Xəbərin oxunma sayı : 184




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap