Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Avropa Birliyi ilə sənədin tezliklə imzalanması nə üçün zəruridir? - İlqar Məmmədov yazır

Tarix 08.04.19, 16:45

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Birliyi və Azərbaycan arasında üzünmüddəli münasibətləri tənzimləyəcək sənədin tezliklə imzalanması nə üçün zəruridir?

Əlbəttə, biz hələ o sənədi görməmişik, lakin onun demokratik dəyərlərə xidmət baxımından yaxşı olacağına bir neçə əsaslı gumanımız var.

Avropa Parlamenti ötən il qətnamə qəbul edərək birmənalı bəyan etdi ki, siyasi məhbuslar məsələsi çözülməyincə və digər demokratik irəliləyişlər təmin olunmayınca Avropa Komissiyasının imzalayacağı o sənədi qüvvəyə mindirməyəcəkdir.

Bu tələb Avropa Komissiyası üçün vacib təkandır ki, Azərbaycan hakimiyyəti ilə danışıqlar zamanı həmin mövzuda prinsipial mövqedən çıxış etsin.

Gürcüstan, Ukrayna, Ermənistan, və Moldova ilə imzalanmış eyni növdən olan sazişdən SONRA bu ölkələrin heç birində "saxta” adlandıra biləcəyimiz seçki keçirilməyib. Orada seçki standartları ancaq yüksəliş yaşayıb və bunun bizdə də təkrarlanacağını düşünmək olar.

Ayrıca onu da vurğulayım ki, əsas məsələ təkcə demokratik dəyərlərə münasibətin o sənəddə necə əks olunacağı deyil. Həm də Azərbaycan hakimiyyətinin Qarabağ münaqişəsi məsələsində lazımi prinsipiallıq göstərib-göstərməyəcəyidir. Sənəd dərc olunandan sonra buna qiymət verəcəyik.

Sazişin qüvvəyə minməsi ikimərhələli prosesdir. İmzalanma ancaq birinci mərhələdir. Əgər indi münasib geosiyasi şərait varsa, fürsət mütləq istifadə olunmalı və sənəd imzalanmalıdır. Bu haqda ən keyfiyyətli dəyərləndirmə etmək imkanı hələ ki, ancaq hakimiyyətin əlindədir.

İkinci mərhələ – sənədin parlamentlər tərəfindən təsdiqlənməsidir. Təsdiqlənməyə (ratifikasiyaya) qədər vacib demokratik şərtlər yerinə yetirilməsə, sənədin qarşısını Avropa Parlamentində almaq olar. Biz bunun üçün uyğun kampaniya keçirə bilərik.

REAL indi imzalanmanı dəstəkləyir və Brüsseldə mövzuyla bağlı REAL`ın təmsilçilərilə məsləhətləşmələr keçirilmişdi. Bu o deməkdir ki, Avropa Parlamentindəki ratifikasiya prosesi zamanı REAL`ın deyəcəyi söz mütləq nəzərə alınacaq. Yəni, siyasi məhbuslar məsələsi çözülməsə və digər (xüsusilə də seçki ilə bağlı) digər problemlər həllini tapmasa, REAL Avropa Parlamentində sənədin qarşısının alınması üçün əlindən gələni edəcək.

İlqar Məmmədov
REAL partiyasının sədri
ilgarmammadov.org



Xəbərin oxunma sayı : 556




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap