Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Avropa Birliyi sanksiyaları təsdiqlədi –Kimyəvi silahları hazırlayanlar və yayanları ağır cəzalar gözləyir

Tarix 15.10.18, 23:22

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Birliyinin xarici işlər nazirləri dünya əhalisini kimyəvi silahlarla hədəfə alan yeni sanksiyalar rejimini təsdiqləyib.

Oktyabrın 15-də verilmiş qərar AB-yə icazə verir ki, kimyəvi silahların hazırlanması və istifadəsinə görə milliyyətindən və yerləşdiyi məkandan asılı olmayaraq adamların və qurumların aktivlərini dondursun, yaxud onlara viza qadağaları qoysun.

İndiyədək Suriya prezidenti Bəşər Əsədin kimyəvi silahlardan dəfələrlə istifadə etməsi barədə məlumatlar yayılıb. Martda Britaniyanın Solsberi şəhərində rusiyalı ikili agent Sergey Skripal və qızı Yulia “Noviçok” adlı sinir qazıyla zəhərlənib. London buna görə Moskvanı ittiham edib, amma sonuncu ittihamları rədd edib.

Oktyabrın 18-də AB-nin Brüsseldə sammiti öncəsi “Azadlıq” radiosunun əməkdaşı qəbul olunacağı gözlənən sənədin layihəsini görüb. Layihəyə görə, AB liderləri müvafiq fərdlərin və qurumların siyahısının hazırlanmasını səbirsizliklə gözləyirlər.

Sammitdə kiberhücumlarla mübarizə məqsədilə də başqa bir sanksiya rejiminin hazırlanmasının müzakirəsi gözlənir. Britaniya və Niderland hakimiyyətinin bu ayın əvvəlində bildirməsinə görə, apreldə rusiyalı agentlər Kimyəvi Silahların Qadağanı Təşkilatına haker hücumuna cəhd ediblər.



Xəbərin oxunma sayı : 196




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap