Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Avropa Birliyindən Qarabağ bəyanatı:“Münaqişə ətrafında baş verən son hadisələri müsbət qiymətləndiririk“

Tarix 20.01.19, 14:59

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında baş verən son hadisələri  müsbət qiymətləndirir.

Strateq.az xəbər verir ki, Birliyin mətbuat xidmətinin yanvarın 18-də yaydığı bəyanatda deyilir ki, son aylar Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı fikir mübadilələri, həmçinin ATƏT-in Minsk qrupunun vasitəçili ilə xarici işlər nazirlərinin görüşləri, hansı ki, sonuncu görüş 2019-cu il yanvarın 16-da Parisdə olub-Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli yönündə müsbət irəliləyişdən xəbər verir.

Bəyanatda qeyd edilir ki, Avropa Birliyi,xalqların sülhə hazırlaşdırılması istiqamətində konkret tədbirlər görülməsi və danışıqların aktivləşdirilməsi yönündə addımlar atılması ilə bağlı xarici işlər nazirələri arasında bu yaxınlarda əldə edilən razılaşma da daxil olmaqla, səbirsizliklə bu görüşlərin nəticələrinin tam həyata keçirilməsini gözləyir.

Bəyanatda daha sonra deyilir ki, Avropa Birliyi münaqişənin həllində ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri və təkliflərini , o cümlədən Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin cəhdlərini tam dəstəkləyir.

Cənubi Qafqazın öz potensialından istifadə etməsinə imkan yaradacaq möhkəm sülh, hamı üçün xeyirli olacaq, deyə bəyanatda bildirilir.




Xəbərin oxunma sayı : 148




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap