Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Avropa Məhkəməsi hökuməti ağır cərimələdi

Tarix 17.02.17, 14:12

Font ölçüsü : - / +
bitmap-img6


Əsabəli Mustafayev: “İnsanlar üçün bu məbləğlər böyükdür, amma...”

Fevralın 16-da Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan müraciət etmiş 10 nəfərin 15 işi üzrə qərarlarını elan edib. Bu barədə həmin şəxslərin vəkili Əsabəli Mustafayev sosial şəbəkədəki səhifəsində məlumat yayıb. Vəkil yazıb ki, ərizəçilərin qanunsuz həbsə məruz qalmaları, onların sərbəst toplaşma hüquqlarının pozuntusu tanınıb.Daha sonra Ə.Mustafayev müvəkkillərinin məhkəmə işində əldə edəcəkləri təzminatın məbləğini açıqlayıb:1.Məcid Məcidli - 9000 avro;2.Bayram Bayramov və Məhəmməd Məcidli - hər biri 10 000 avro;3.Həsənov Babək, İkram İsrafil, Tural Abbasli, Ağayev Hikmət, Quliyev Rövşən - hər biri 12 000 avro;4. Bayramova Gözəl - 12 000 +1900 avro (məhkəmə qərarı ilə ödədiyi 2000 manat cərimənin əvəzi);5. Hacıyev Cəmil - 12000+ 470 (cərimənin əvəzi); 6. Bütün 15 işə görə 9700 avro hüquqi xidmətə görə.Elə həmin gün Vidadi İskəndərlinin oxşar işi üzrə qərar elan olunub.

Bu işdə vəkil digər şəxs olub. Kompensasiya 12000 + 1800 hüquqi xidmətə görə.Ə.Mustafayev “Yeni Müsavat”a açıqlamasında apardığı işlər üzrə indiyədək  96-sı barəsində qərarın elan olunduğunu bildirdi: “Son olaraq 15 iş üzrə qərar çıxarıldı. Bununla da apardığım işlər üzrə çıxarılan qərarların sayı 96 oldu. Bu, böyük bir rəqəmdir. Burada konvensiyanın demək olar bütün maddələri var. Son zaman ən çox qərarlar sərbəst toplaşmaq hüququnun pozulması və qanunsuz həbslərlə bağlıdır. Təəssüf ki, əvvəllər də hökumət çıxarılan qərarlar üzrə addımını atmırdı. Bir faktı qeyd edim ki, ötən ilin əvvəlindən başlayaraq, kompensasiyaların ödənilməsində gecikmələr var. İlk dəfədir ki, kompensasiyaların ödənilməməsindən bu qədər uzun müddət keçir. Barələrində qərar çıxarılan şəxslərdə narahatçılıq var ki, ola bilsin hökumət imtina etdi. Açığı, bunun baş verəcəyini, yəni hökumətin belə ciddi addımlar atacağını düşünmürəm.

Bu mümkün də deyil. Bunun mexanizmləri var ki, hökumət kompensasiyaları ödəməyə məcbur olacaq. Ola bilsin ki, müəyyən qədər pul qıtlığı var. Digər tərəfdən də, ola bilər ki, hökumət Avropa Məhkəməsini əhalinin gözündən salmaq istəsin. Əvvəllər milli məhkəmələrdə hüquqları təmin edilməyən insanlar gözlərini Avropa Məhkəməsinə dikirdilər. Düşünürəm ki, kompensasiyaların ödənilməsi ilə bağlı gecikmələr müvəqqətidir. Yəqin ki, ötən ildəkilər də, bu ilkilər də ödəniləcək. Ola bilər ki, ötən ildəkilər ödənilsin deyə, bu il çıxarılan qərarların icrasında bir qədər yubanmalar olsun. Hökumət gərək öz nüfuzunu qorumaq üçün bu gecikmələrə yol verməsin. Hər halda, hökumət də bu barədə düşünür. Yaxşı başa düşürlər ki, bu, dövlətin imicinə böyük ziyandır. Beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi buna şərait yaradar. İnsanlar üçün bu məbləğlər böyükdür, amma dövlət üçün qəpik-quruşdur. Bu baxımdan, yaxın zamanlarda ödənişlərin başlanacağına inanıram”. (musavat.com)



Xəbərin oxunma sayı : 619




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap