| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
Avropada futbol mövsümünün ən diqqətçəkən performansı: “Topçular“ın fantastik çıxışı
Tarix 07.12.25, 23:25 |
|
Avropada futbol mövsümünün ən diqqətçəkən performansını İngiltərənin "Arsenal" klubu göstərir. London təmsilçisi bu il həm nəticələri, həm oyun üslubunun yetkinliyi ilə fərqlənir. "Topçular" İngiltərə Premyer Liqası ilə yanaşı, Çempionlar Liqasında da bu ana qədər qarşısıalınmazdır.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Arteta ilə yeni era
Əfsanəvi Arsen Vengerdən sonra "Arsenal" baş məşqçi postuna Unay Emerini gətirdi. İspaniyalı mütəxəssis klub tarixində Böyük Britaniyadan kənardan olan ilk çalışdırıcı idi. Onun rəhbərliyi altında komanda Avropa Liqasında final oynasa da, Premyer Liqada nəticələrin qənaətbəxş olmaması yolların ayrılmasına səbəb oldu. Emeridən sonra Frederik Lyunberq qısa müddət komandaya rəhbərlik etdi.

2019-cu ilin dekabrında isə klub tarixində yeni səhifə açıldı. Bu dəfə "topçular" komandanın keçmiş kapitanı Mikel Artetaya tapşırıldı. Onun startı elə də uğurlu alınmadı. Komanda mövsümü 8-ci pillədə başa vurdu. Bu isə 1994/95 mövsümündən sonrakı ən pis nəticəsi idi. Bununla belə, komanda finalda "Çelsi"ni məğlub edərək tarixində 14-cü dəfə İngiltərə Kubokunu qazandı. Növbəti mövsüm komanda yenidən 8-ci oldu və bununla 26 il ərzində ilk dəfə avrokuboklardan kənar qaldı. Azarkeşlərin narazılığına baxmayaraq, rəhbərlik Artetanı postunda saxlamaq qərarı verdi.
Növbəti mövsüm Mikel Arteta Premyer Liqanın ən gənc komandasını formalaşdırdı. Komanda həmin mövsümü Premyer Liqada beşinci sırada tamamladı və Avropa Liqasına vəsiqə əldə etdi. 2022-2023 mövsümünə gəldikdə, "Arsenal" 84 xalla mövsümü ikinci pillədə başa vuraraq yalnız "Mançester Siti"dən geri qaldı. Bu, uzun fasilədən sonra komandanın Çempionlar Liqasına qayıtması demək idi. Əslində həmin il "Arsenal" çempionluğa əsas namizəd idi. Təsadüfi deyil ki, mövsüm onların liqanı qazanmadan ən çox turu lider kimi keçirdikləri rekordla yadda qaldı.

2023-2024 mövsümündə komanda Premyer Liqada yenidən ikinci oldu, ancaq əvvəlki mövsümlə müqayisədə nəticəsini yaxşılaşdıraraq 89 xal topladı. Ötən mövsüm Çempionlar Liqasında yarımfinala qədər irəliləyən "Arsenal" burada gələcək çempion PSJ-yə ümumi hesabla 1:3 uduzub turniri tərk etdi. Premyer Liqada isə üçüncü mövsüm ardıcıl olaraq "Arsenal" Premyer Liqanı ikinci pillədə başa vurdu - bu dəfə onlar yalnız "Liverpul"dan geri qaldılar.
Parlaq nəticələr
"Arsenal" üçün 2025/26 mövsümü ideal keçir. Komanda Premyer Liqada 14 turdan sonra 33 xalla vahid liderdir. "Topçular" ən yaxın izləyiciləri "Mançester Siti"ni 5 xal üstələyirlər. 14 oyunun cəmi birində məğlub olub, bu matçlarda ümumilikdə 27 qol vuran kollektiv qapısında cəmi yeddi top görüb. Çempionlar Liqası göstəriciləri isə daha da parlaqdır. Komanda beş turdan sonra Liqa mərhələsinə inamla başçılıq edir. Bütün oyunlarda qələbə qazanan London təmsilçisi 15 xalla vahid liderdir. Onlar PSJ, "Bavariya", "İnter" və "Real Madrid"i 3 xal üstələyirlər. Beş qarşılaşmada rəqib qapılarına 14 dəfə yol tapan komanda cəmi bir qol buraxmaqla, Avropa səhnəsində də müdafiəsinin etibarlılığını göstərib. Düzdür, hələ qarşıda daha üç oyun var, lakin heç kim komandanın turnir cədvəlinin ilk "8-liy"ində yer alıb birbaşa növbəti mərhələyə yüksələcəyinə şübhə etmir.

Ağıllı transfer siyasəti
"Arsenal"ın uğurlu çıxışının əsas səbəbləri kimi Mikel Artetanın illərlə tətbiq etdiyi oyun sistemi və uğurlu transfer siyasəti göstərilir. Klub xüsusilə transferlərdə ehtiyatlı davranışı ilə diqqət çəkir. Premyer Liqa təmsilçiləri hər il yeni oyunçuların alınmasına böyük məbləğlər xərcləsələr də, "Arsenal" bu trendə qoşulmadı. Artıq qeyd etdiyimiz kimi, "Arsenal" öncə gəncləşdirmə prosesini həyata keçirdi. Daha sonra komanda çatışmazlıqlar olan mövqelərə dəqiq transferlərlə boşluqları doldurmağa başladı. Klub ulduz kolleksiyası yığmaq əvəzinə, həqiqətən ehtiyac olan və sistemə uyğun oyunçulara üz tutdu.
Transfer fəaliyyətində bu mövsümü daha cəsarətli hesab etmək lazımdır. Viktor Qyökereş, Martin Zubimendi, Ebereçi Eze, Noni Madueke transferlərinə böyük məbləğlər xərcləndi. Bu, klubun mövsümə çempionluq iddiaları ilə başlayacağının göstəricisi idi. Eyni zamanda, Martin Moskera və Martin Norqord, eləcə də, Pedro Hinkapi transferləri ilə komanda daha kompakt vəziyyətə gəldi, heyət dərinliyi artdı. Hazırda "Arsenal" zədə problemlərinə ən yaxşı reaksiya verən klublardan biridir. Çünki hər mövqe üzrə kifayət qədər yüksək səviyyəli əvəzedicilər var.

Ən yaxşı hücum müdafiədir?
Mikel Arteta məşqçi kimi Pep Qvardiolanın tələbəsi hesab olunur. Ancaq onun oyun üslubu müəllimindən fərqlidir. İspaniyalı mütəxəssisin "Arsenal"ı hücumda effektivdir, lakin daha çox müdafiəsinin etibarlılığı ilə diqqət çəkir. Adətən, futbolda ən yaxşı müdafiənin hücum olduğunu deyirlər, lakin "Arsenal"da bu, bir qədər fərqlidir. Komanda lazım olanda rəqiblərə böyük təzyiq göstərir, lakin ümumən daha təmkinli oynamağa üstünlük verir. Müasir futbol trendlərindən nə qədər kənar olsa da, Arteta müdafiənin cinahlarında da faktiki mərkəz müdafiəçilərinə üstünlük verir. Julian Timber və Rikardo Kalafyori əslində stoperdirlər. Lakin onların hücum planındakı axsaqlıqlarını orta və irəli xətt oyunçuları kompensasiya edə bilirlər.
Komandanın oyun üslubunun əvəzedilməz hissələrindən biri standart vəziyyətlərdir. Arteta bunu qorxulu silaha çevirib. Bəzən mütəxəssislər komandanı buna görə tənqid edirlər. Həqiqətən, bir sıra qarşılaşmalarda standart vəziyyətlərsiz komandanın rəqib müdafiəsini yara bilmədiyi görünüb. Lakin bunun özü də bir oyun üslubudur və komanda kifayət qədər yaxşı icra etməyi bacarır.

"Arsenal" üçün mövsüm çox yaxşı keçir. Premyer Liqada "Mançester Siti", "Çelsi" və "Liverpul"un qeyri-stabil çıxışları komandanın zirvədə rahat yerləşməsinə imkan yaradıb. Lakin azarkeşlər də, mütəxəssislər də çempionluq yolunun asan olmayacağı fikrindədirlər. Xüsusən də mövzu "Arsenal"dırsa. Son illərdə bir neçə dəfə komanda mövsümün uzun hissəsini lider kimi keçirsə də, yekunda rəqabəti məğlub başa vurub. Hazırda hər şey paytaxt klubu üçün yaxşı davam edir, lakin mövsümün yekununda nə olacağını indidən proqnozlaşdırmaq çətindir. O da dəqiqdir ki, "Arsenal" əvvəlki illərlə müqayisədə indi daha möhkəm kollektiv təsiri bağışlayır, daha təşkilatlanmışdır və daha güclüdür.
Xəbərin oxunma sayı : 1084
İdman
Xəbərlər
-
“2019-2023-cü illərdə Türkiyə İsrailin ən böyük ticarət tərəfdaşlarından olub“ - “Al Jazeera“
-
Vəhdət Partiyası 150 şəhidin şəkli ilə yürüşə çıxdı - FOTOLAR
-
Azərbaycan Ukraynaya 1 milyonluq yardım göndərdi - Fotolar
-
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib - VİDEO
-
Prezident İlham Əliyev Aleksandr Stubb ilə görüşdü - FOTOLAR
-
Yüzlərlə həyatı xilas edən müəllimin Xankəndidə davam edən həyat yolu - VİDEO
-
Sabirabadda 16 yaşlı gəlinin qətli ilə bağlı YENİ DETALLAR
-
Prezident Davosda Məsrur Bərzani ilə görüşdü - FOTO
-
20 Yanvar faciəsinin təşkilatçıları - Onların heç biri həyatda yoxdur
-
Moskvada restoranlar kütləvi şəkildə bağlanır - SƏBƏB
-
Əhaliyə texniki kartof satılır? - ARAŞDIRMA
-
Tramp sosial media hesabında Qrenlandiyanı “fəth etdi” - Foto
-
Beyləqanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi - Fotolar
-
Məzahir Pənahov MSK-dan gedəcək? - Özündən açıqlama
-
Kəskin hava şəraiti ilə bağlı əhaliyə daha bir - Çağırış
-
Bakı metrosunda interval azaldılacaq? - RƏSMİ
-
Prezident Davosda “Euronews“ televiziyasına müsahibə verib - FOTOLAR
-
“Tankların kölgəsi altında Azərbaycan xalqının iradəsi sınmadı“ - İsrail səfirliyi
-
Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanında - FOTOLAR
-
“Yol örtüyündə sürüşmə ehtimalı çox yüksəkdir” – Xəbərdarlıq
-
Nazir İranda olan Azərbaycan vətəndaşlarından danışdı - “Mütəmadi fəaliyyətdəyik“
-
ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verdi - FOTO
-
Taksi kartı haradan alınıbsa, sürücü yalnız orada işləyəcək? - Video
-
Nigeriyada kilsəyə hücum edildi - 171 dindar qaçırıldı
-
Sabirabadda uçan körpü niyə bərpa edilmir? - VİDEO
-
Makron Trampın Sülh Şurasına qoşulmaq təklifini rədd edəcək - Makron
-
İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib - VİDEO
-
20 Yanvar tarixi - azadlığa aparan yol
-
Qəhrəman Vətən övladlarının mübarizə yolu gələcək nəsillər üçün əsl örnəkdir
-
Prezidentdən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda arı ailələri niyə məhv olur? - VİDEO
-
Sumqayıtda “alma ovu“na çıxan məmur harada işləyir? - VİDEO
-
Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım etdi - FOTO
-
Bu balıq çeşidlərində azalma, qiymətlərində isə artım müşahidə olunur - VİDEO
-
“İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb“ - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
-
Son bir ildə bankların kreditləri nə qədər artıb? - SİYAHI
-
Toplu SMS satan sirrli “L-SİM” şirkəti - 127 min manatlıq sanksiya, qanunvericiliyin pozulması
-
AZAL-da şübhəli maliyyə oyunları: Dövlətə borc qaytarmır, başqasına faizsiz pul paylayır...
-
İlham Əliyev Davosda “Vestas Wind Systems“ şirkətinin rəsmisi ilə görüşüb - FOTOLAR
-
“Mir Dent” klinikasında qanunsuz fəaliyyət - Fərid Hüseynin diplomu və sertfikatı yoxdur
-
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
-
Azərbaycanda ötən il dənizlə daşınan yüklərin 47%-i neftin payına düşüb - STATİSTİKA
-
Prezident İlham Əliyev Davosda görüş keçirdi - FOTOLAR
-
“Qaçmaq nədir? Məni ora əməkdaşlığa dəvət etmişdilər” - Nəsimi Nəbizadə
-
Elm və Təhsil Nazirliyində 3,4 milyonluq tender: Nazirlik mövcud sistemlərə niyə hər il milyonlar xərcləyir?..
-
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb - FOTOLAR
-
Azərbaycanda nikah və boşanmaların sayı azalıb - Statistika
-
Baş Prokurorluğun kollektivi Şəhidlər xiyabanında - FOTOLAR
-
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi, yeni tapşırıqlar verdi - VİDEO
-
Həmin mərkəzlə bağlı faktlar üzə çıxdı - Zorla saxlanılırmış
-
Suriya ordusu ilə SDQ arasında döyüşlər davam edir - Ölənlər və yaralananlar var
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
-
Müasir tariximizin ən faciəli günlərdən olan 20 Yanvar hadisəsindən 36 il keçir
-
Amnistiyaya düşən şəxs həyat yoldaşını boğmağa cəhd etdi - QALMAQAL
-
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
-
“Qurtuluş” Reabilitasiya Mərkəzində yoxlama - Cinayət işi açılıb
-
Toy edənə toy tuturlar - Şadlıq evlərində kəskin bahalaşma var
-
Azərbaycanda universitet məzunlarının ən çox işə düzəldiyi yer supermarketdir - RƏSMİ
-
Keçən il 5 vəkil kollegiyadan xaric edilib - 10-nun fəaliyyəti dayandırılıb
-
Prezident İlham Əliyev İsveçrəyə getdi - Davos Forumunda iştirak edəcək
-
Sabah bəzi küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq - Xəbərdarlıq
-
Azərbaycanda nikah və boşanmaların sayı azalıb - STATİSTİKA
-
Xarici prodüserlərə güzəşt - Xərcləri geri ödəniləcək
-
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
-
Maşın bazarında bahalaşma - Güzəştin ləğvi qiymətlərə təsir etdi (VİDEO)
-
İcra başçısının müavini ərinin bu videosuna görə ərizə yazdı - VİDEO
-
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Sabahın havası
-
“Ağrıdan huşumu itirdim, yalvardım...” - Sahibkar xanım “Liv Bona Dea“ -da qəddarlıqla üzləşib
-
Vəhdət Partiyası 20 yanvar şəhid ailələri ilə görüş keçirdi - FOTOLAR
-
Bu mallarla bağlı yeni cərimə gəlir - 2500 manata qədər
-
Sülüeyman Mikayılov mart ayında vəzifədən alınacaq - Əzizovun yaxın adamı başçı gətirilir
-
“Appro Hospital”da 1 saatda 5 ölüm halı…- “Xəstəxana deyil, qəssabxanadır”
-
Bu şəxslərə iki dəfə çox maaş ödəniləcək - Deputat açıqladı
-
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
-
Maşınların cərimə meydançasına aparılma qaydası:nələr dəyişir?
-
Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur
-
İrandan gələn yük maşınında 39 kq heroin aşkarlanıb - FOTOLAR
-
Şiddətli geomaqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
-
“Azərlotoreya” gənclərimizi və gələcəyimizi hara sürükləyir? - Qumarın “əlli çaları”
-
Xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət qaydası təsdiqləndi - DETALLAR
-
Leyla Əliyeva Adva Zəfər Muzey Kompleksində - FOTOLAR
-
“Ali rəhbərə qarşı sui-qəsd cəhdi tammiqyaslı müharibə elan edilməsinə bərabərdir“ - Pezeşkian
-
Finalda böyük qalmaqal, Seneqal çempion oldu - VİDEO
-
Bakıda əmlak qiymətlərində yeni rekordlar: Bir kvadratmetr üçün 17 550 manat təklif olunur
-
Azərbaycanda ayaqqabı istehsalı artıb - Son statistik göstəricilər
-
Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir-birinin üzərinə atır - VİDEO
-
Qiymət artımı qaçılmazdır? - Bazarlarda kərə yağı ilə bağlı son durum
-
Avtomobillərə tətbiq edilən güzəştin ləğvi maşın bazarında qiymətlərə təsir edib - VİDEO
-
Müştərilərə təklif olunan ucuz xidmət salonda baha başa gəldi - VİDEO
-
Suriyada atəşkəs əldə olunub - Hökumət neft yataqlarına nəzarət edəcək
-
İki rayonda zəlzələ baş verib, bəzi evlərə ziyan dəyib - VİDEO
-
MTK-sakin qarşıdurması: Evlər illərdir təhvil verilmir (VİDEO)
-
Azərbaycana xarici ölkələrdən 27 ədəd heykəl gətirilib - 2-sinin yaşı 100 ildən çoxdur
-
Sabirabadda uçan körpü sakinlərin nəqliyyat əlaqəsini kəsib - VİDEO
-
Veysəl Orucov Rusiya proyektidir? - Radikal təkfirçi ilə bağlı sensasiyalı video yayıldı
-
Almaniyalı hərbçilər Qrenlandiyanı təcili tərk etmək əmri alıblar - “Bild“
-
TƏBİB-in imtiyazlı xəstələr üçün açdığı boş apteklər - Xətai rayon sakinləri narazıdır
-
Evlərdən silsilə oğurluq edən şəxs tutuldu - Üzərindən psixotrop maddə çıxdı
-
Suriya ordusu Deyrizora nəzarəti təmin etdi - FOTOLAR
-
Bəzi rayonlarda qar yağır, duman müşahidə olunur - FAKTİKİ HAVA
-
Mürvət Həsənli canlı yayımda jurnalistləri və texnoloqu təhqir etdi - VİDEO
-
İranda ölənlərin sayı 5000-ə çatıb - “Reuters“
-
AYB-dən xəbərdarlıq: Fevralın 1-dək vaxt var, siyahı dərc olunacaq
-
Sabunçuda əməliyyat keçirildi - 10 kiloqrama yaxın marixuana aşkarlandı
-
İmişlidə 35 nəfərin adı keçən iş fırıldağı: Qayınata və gəlin necə aldandı?
-
ABŞ Ukrayna və Venesuelanı da “Sülh Şurası”nın nəzarətinə vermək istəyir - “Financial Times”
-
Binəqədidə evdə yanğın - 1 nəfər tüstüdən zəhərləndi
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Prezident 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR
-
Qar yağacaq, yollar buz bağlayacaq - Sabahın hava proqnozu
-
Etibar Pirverdiyevin bankının çöküşü: “Expressbank”ın 4-cü rübdə kapital itkisi 12 milyon AZN olub...
-
Makrondan Trampın qərarına reaksiya: “Avropa vahid şəkildə cavab verəcək”
-
Suriya Ordusu Tabka şəhərini SDQ-dən azad edib - Rakka istiqamətində irəliləyir
-
Birgünlük kirayə üçün 1 000 manat: Ziyafət geyimləri bazarında qiymət artımı (VİDEO)
-
Yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
-
“Etirazlar zamanı bir neçə min insan qətlə yetirilib” - Xamenei təsdiqlədi
-
Şamaxı-Qonaqkənd yolunda yenidən torpaq sürüşməsi: Hərəkət üçün təhlükə yaranıb
-
ABŞ Qəzza üzrə Sülh Şurasına daimi üzvlük üçün bir milyard dollar tələb edib - “Bloomberg“
-
Evdə inyeksiya qadağası: Xəstələr üçün həyati çətinlik, yoxsa təhlükəsizlik tədbiri?
TOP 10
ARXİV






