Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Avropada vahid ordu yarana bilərmi? – Ekspertlər şübhə edir

Tarix 19.11.18, 11:23

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqının vahid ordusunun yaradılması ideyası ötən günlərdə yenidən gündəmə gəlib.

Əksər Avropa ölkələri ABŞ-ın əsas söz sahibi olduğu NATO tərkibində əməliyyatlarda iştirak etsələr də, Fransa və Almaniya ayrıca Avropa ordusunun yaradılmasında maraqlıdır. Məqsəd ABŞ-ın Avropa ölkələri üzərində hərbi təsirini azaltmaqla yanaşı, Avropa ölkələri arasında gələcəkdə hərbi qarşıdurmaları önləmək və müxtəlif ölkələrin hərbi təhcizatını vahid sistem halına gətirməkdir.

AZƏRTAC xəbər verir ki, vahid Avropa ordusunun necə qurulmalı olması sualı hələ də cavablandırılmamış qalır. Təhlükəsizlik siyasəti üzrə ekspert Markus Kaym Avstriya Teleradiosuna (ORF) verdiyi müsahibədə bildirib ki, belə bir ordunun yaradılmasında məqsədlərdən biri ittifaq və ölkələrin müdafəsini təmin etməkdir. Bu istiqamət isə onsuz da bu fəaliyyəti həyata keçirən NATO-nun funksiyalarının dublikatına çevrilə və izafi xərclərə səbəb olan yeni qurumların yaranmasına aparıb çıxara bilər. İkinci və daha məqsədyönlü istiqamət isə Avropa ölkələri arasında və Avropa ilə qonşu regionlarda böhran menecmentinin həyata keçirilməsi ola bilər.

Avropa Komissiyası vahid ordu ilə Avropa ölkələri arasında sülh və əmin-amanlığın təmin edilməsi və eləcə də müxtəlif ölkələrdə hərbi xərclərlə bağlı maliyyə vəsaitlərinə qənaət ediləcəyi qənaətindədir. Belə ki, hazırda Avropa ölkələrində 178 fərqli silah sistemlərindən istifadə edilir, ABŞ-da isə silah sistemlərinin sayı 30-a bərabərdir. Avropa dövlətləri 30 müxtəlif tank tipindən istifadə etdiyi halda, ABŞ ordusunda yalnız bir tip mövcuddur.

Avropa ölkələri arasında Birgə Müdafiə Birliyi barədə ilk fikirlər İkinci dünya müharibəsindən sonra səsləndirilsə də, hazırkı formatda təqdim olunan ordu təklifinin yaşı iyirmi ildən çoxdur. Avropa Təhlükəsizlik və Müdafiə İttifaqı və ya Avropa ordusu adı daşıyan sistemə qarşı etimadsız yanaşanlar da kifayət qədərdir, çünki bir sıra ölkələr öz milli müdafiə strukturunu Brüsselə həvalə etməyi və tam şəkildə mərkəzdən asılı olmağı istəmirlər. Üzv ölkələrdə getdikcə güclənən sağçı-populist siyasətçilər də əhalinin Brüsselə qarşı soyuq münasibətinə öz töhfələrini verirlər. Eləcə də Avstriya kimi əbədi neytrallıq elan etmiş və heç bir bloklara qoşulmayan ölkələrin də yeni vahid orduda iştirakı məsələsi hüquqi suallar doğurur.



Xəbərin oxunma sayı : 160




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap