Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Avropadan deport edilən azərbaycanlıları vətəndə nə gözləyir? - hüquqşünasdan açıqlama

Tarix 16.09.21, 10:18

Font ölçüsü : - / +
bitmap-img6


Daha 26 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı, onların arasında jurnalist Röya Rəfili də var; Əsabəli Mustafayev: “İlk hallarda sorğu-sual olunurlar, amma, qanuni çərçivədə olmalıdır, əgər təqibə məruz qalsalar, həmin ölkəyə yenidən qayıda bilərlər”

Sentyabrın 14-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 26 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.

“Yeni Müsavat” bildirir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov deyib.

Onun sözlərinə görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib. Bu qaydalar isə deportasiya edilənlərin karantinə alınması və onlardan “COVİD-19" testlərinin götürülməsindən ibarətdir. Həmin 26 nəfər arasında jurnalist, ”Yeni Müsavat"ın keçmiş əməkdaşı Röya Rəfili də var. O, üç övladı ilə Bakıya gətirilib.

Bəs xaricdən deportasiya edilən Azərbaycan vətəndaşlarının ölkədə qəbulunda hansı prosedurlar tətbiq edilir? “COVİD-19" testindən başqa hansı yoxlanışlardan keçirlər? Eyni zamanda xüsusi xidmət orqanları onları filtrizasiyadan keçirirmi? Jurnalistlər, ictimai-siyasi şəxslər xaricdən gəldikdə dövlət onlarla fərqli rəftar edir, yoxsa digərlərindən ayırmır?

Ümumiyyətlə, son illərdə Azərbaycandan Avropaya böyük bir mühacir axını olub. Onların arasında kifayət qədər daimi yaşama icazəsi alanlar var. Lakin vaxtaşırı oturumu olmayanlarla bağlı sərt tədbirlər görülür və ölkədən çıxarılırlar. Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) əvvəllər də belə qərarları olub. Almaniyada sənədlərin saxtalaşdırılması və qeyri-qanuni miqrasiyada şübhəli bilinərək saxlanılıb deport edilən vətəndaşları nə gözləyir?

Onlar həbs edilə bilərlərmi? Əslində bu şəxslərin ölkədən getmə səbəbləri də araşdırılmalıdır. Məlumdur ki, onların işsiz olması, qazanc yerlərinin olmaması, ölkədə perspektiv görməmələri ölkədən nəyin bahasına olursa-olsun getmək qərarı vermələrinə səbəb olur. Bu adamlar Almaniyadan Azərbaycana deport olunmaqla elə cəzalarını alıblar. Çünki illərlə Avropa ölkəsində yaşa, arzularını, planlarını, sabahını buna görə qur, uşaqlar orada təhsil alsın, həmin cəmiyyətə adaptasiya ol və günün birində qəfil qapı döyülür, alman polisi sizi qolunuzdan tutub evdən çıxarır, gözünüzün yaşına baxmadan təyyarəyə mindirib birbaşa vətənə yola salır....

Açıklama yok.

Əsabəli Mustafayev 

Hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirdi ki, hər bir halda deport edilənlərlə rəftarda insan haqları gözlənilməlidir. Onun sözlərinə görə, bu insanlar vətənə qaytarılıblarsa, heç bir təqibə məruz qala bilməzlər: “Amma ilk hallarda hansısa yoxlamalar keçirilə bilər. Mümkündür ki, onlar mühacirət dövründə hansısa məxfi orqanlar tərəfindən cəlb edilə bilərlər, bu haqda onların sorğu-sual edilməsi gözləniləndir. Amma bütün bu araşdırmalar qanuni çərçivədə olmalıdır. Əgər həmin şəxsin orada Azərbaycan əleyhinə fəaliyyətə cəlb olunduğuna dair dəlil yoxdursa, o zaman vətəndaşlıq hüququndan tam qaydada istifadə etməlidir”.

Hüquqşünas qeyd etdi ki, bəziləri siyasi təqibə məruz qalmayıblar: “Onların sosial meyarları yoxdur ki, xaricdə status alsınlar. Bu adamlar geri qaytarılırlar. Ancaq qaytarıldıqdan sonra sübut olunsa ki, geri qayıdanları burada incidirlər, gələcəkdə artıq həmin ölkə mühacirləri deport etməyə çəkinəcək. Ona görə həmin ölkələrə bu əsası verməmək üçün geri qayıdanlarla qanun çərçivəsində davranmaq lazımdır”. 

Ə.Mustafayev vətənə gələnlərin təkrar sığınacaq istədiyi ölkəyə qayıdış şansının olmasını istisna etmir, amma bir halda: “Biri var geri qaytarılmaq, bir də var deport edilmək. Sən qanunu pozanda deport olunursan. Bir də var ki, yaşamaq statusu üçün müraciət etmisən, cavab ala bilməmisən, onda geri qaytarılmısan. Əgər qayıtdıqdan sonra təqibə məruz qalsa, həmin ölkəyə yenidən qayıda və mühacir statusu ala bilər”.

“Bakı” hüquq şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a bildirdi ki, deport olunan şəxslərin saxtalaşdırılmada iştirakı sübut olunsa, onlar məsuliyyət daşıyırlar: “Hətta Almaniyada baş veribsə, yəni cinayət əməli orada törədilibsə, bu halda Azərbaycan qanunvericiliyinin tələbi budur ki, saxtalaşdırmada iştirak edən Azərbaycan vətəndaşı məsuliyyət daşıyır”.

Hüquqşünas qeyd etdi ki, Azərbaycanla Avropa İttifaqı arasında bağlanmış readmissiya müqaviləsi var: “Readmissiya çərçivəsində həmin insanlar geri qaytarılırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onların sosial ehtiyaclarına dəstək göstərilməlidir. Ölkəmizə deportasiya olunanlarla həmin vaxt söhbət aparılır. Onlar geri dönərkən öz ölkələrindən hansı səbəbdən getdikləri, ehtiyacları barədə sorğu-sual olunurlar. Onların nəyə ehtiyacları olduğu həmin vaxt məlum olur. Əgər deportasiya olunanların işə ehtiyacı varsa və qalmağa yerləri yoxdursa, Azərbaycan dövləti onlara bu məsələdə köməklik etməlidir”.



Xəbərin oxunma sayı : 625




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap