Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Avropadan Rusiya və Çinə sarsıdıcı zərbə: “Sinovaç” və “Sputnik” rədd edilir

Tarix 10.06.21, 14:58

Font ölçüsü : - / +
bitmap-img6


Avropadan Rusiya və Çinə sarsıdıcı zərbə: “Sinovaç” və “Sputnik” rədd edilir

Avropa Parlamenti (AP) “Vaksin pasportu”nu təsdiqləyib. Amma Çinin “Sinovaç” və Rusiyanın “Sputnik V” peyvəndləri AP-nin “Vaksin pasportu”nda yer almayıblar.

Reyting.az xəbər verir ki, dünən təsdiqlənən “Vaksin pasportu” avqustun 1-dən etibarən Avropa Birliyinə üzv ölkələr arasında tətbiq olunacaq.

Almaniya isə “Vaksin pasportu”nu ən tezi iyunun 10, ən geci 14-dən etibarən tətbiq etməyi planlaşdırır.

Qeyd edək ki, Avropa Dərman Təşkilatları tərəfindən istifadəsinə icazə veriləcəyi təqdirdə “Sinovaç” və “Sputnik V” peyvəndləri də AB-nin “Vaksin pasportu”nda yer ala bilərlər.

Almaniya Səhiyyə Nazirliyinin sözçüsü Hanno Kautz Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq şəraitində olduqlarını və AB-nin “Vaksin pasportu”nun dünya çərçivəsində tanınacağına ümid etdiyini bildirib.

Səhiyyə Nazirliyinin sözçüsü “Çin, Rusiya və Kuba peyvəndləri Avropa “Vaksin pasportu”nda yer alacaqmı”- sualına cavabında deyib ki, bunlar yalnız Avropa Dərman Şirkəti tərəfindən təsdiqlənəcəyi təqdirdə qəbul ediləcəklər. Bu da o deməkdir ki, “Sinovaç” və ya “Sputnik”lə peyvənd olunanlar Avropa Birliyi ölkələrinə ziyarət öncəsi və sonrası həmin ölkələrin COVİD-19-la bağlı şərtlərinə tabe olacaqlar. Hər iki peyvəndə Avropa Dərman Şirkətinin nəzarəti davam edir. Bir neçə ay içərisində bu peyvəndlər təsdiqlənə və ya rədd edilə bilər.

Hazırda Avropa Birliyi ölkələrində “Pfizer/BioNtech”, “AstraZeneca”, “Moderna” və “Johnson” peyvəndi qəbul edənlər “Vaksin pasportu” almağa başlayıb.

Onu da qeyd edək ki, Almaniya AB daxilində dijital və “Vaksin pasportu”nu tətbiq edəcək dördüncü ölkə olacaq. Bu həftə Almaniyada peyvənd olunanların sayı 20 milyonu keçir.

Almanlar iyunun 14-dən rəqəmsal “Vaksin pasportu”na keçəcək. Peyvənd mərkəzləri və əczaxanalar rəqəmsal qeydiyyata başlayacaqlar. “CovPass” və ya “Korona” təqibi proqramı ilə bunlar mobil telefonlara girəcək.

Peyvəndlərin rəqəmsal paspotlara daxil olub-olmadığına həkimlər və əczaxanalar nəzarət edəcək. Bu xidmət üçün 18 avro alınacaq.

Burada məsələnin iki tərəfi var. Bir tərəfi sağlamlıqdırsa, digər tərəfi biznes marağıdır. Hazırda ölkələr və şirkətlər peyvənd satışından böyük pullar qazanırlar. Son bir ildə dünyanın zənginlər siyahısına 4 şəxs daxil olub ki, bunların arasında Çinin dərman şirkətlərinin rəhbərləri də var. Əgər Rusiya və Çin peyvəndləri AB tərəfindən rədd ediləcəksə, bu halda həmin ölkələr həm də milyardlarla vəsait itirmiş olacaqlar.



Xəbərin oxunma sayı : 628




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap