Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Avropalı nazirlər Trampın kampaniyasında “fon” olmaq istəmirlər - G7-də fikir ayrılığı

Tarix 11.07.20, 18:14

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ paytaxtında iyulun 29-na planlaşdırılan G7 ölkələri nazirlərinin görüşü almaniyalı nazirlərin iştirakı olmadan keçiriləcək.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyində bildiriblər. AFR-in Xarici İşlər naziri Hayko Maas və Maliyyə naziri Olaf Şolts görüşdə iştirakdan imtina ediblər. Buna baxmayaraq, Bundestaq protokol qaydalarını pozmamaq və ABŞ-la onsuz da gərgin münasibətləri daha da kəskinləşdirməmək üçün müvafiq qurumlardan stats-katiblərdən ibarət “ikinci heyəti” okeanın o tayına göndərməyə hazır olduğunu bildirib.

“Böyük yeddiliyin” digər ölkələri də səfərdən imtina ediblər. Buna görə də istisna deyil ki, nazirlər səviyyəsində görüş keçirilməyə bilər.

Amerika tərəfi də inadkarlıq göstərir və görüşün videokonfrans formatında keçirilməsi imkanına baxmaqdan imtina edir.

Bununla belə, görünür, burada söhbət təkcə koronavirusdan getmir. Avropa İttifaqındakı müşahidəçilər haqlı olaraq belə hesab edirlər ki, Prezident Donald Tramp bu tədbirdən özünün seçkiqabağı kampaniyasının bir hissəsi kimi istifadə etmək istəyir. Almaniyanın “Der Spiegel” jurnalı yazır ki, Tramp “dialoqdan daha çox şouda maraqlıdır”. Avropalı nazirlər isə, bu nəşrin fikrincə, Trampın seçkiqabağı kampaniyasında “fon” olmaq istəmirlər.




Xəbərin oxunma sayı : 1849




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap