Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Avropalılar Avropa İttifaqının gələcəyinə necə baxırlar?- SORĞU

Tarix 14.08.19, 12:31

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Komissiyası müntəzəm olaraq Avrobarometr adlandırılan sorğu keçirir. Bu sorğu Aİ-yə üzv ölkələrin vətəndaşlarının əhval-ruhiyyəsində bu və ya digər proseslərə meyilləri müəyyən edir.

Sonuncu sorğunun nəticələrinə görə, avropalılar nəinki Aİ-yə nikbin münasibəti qoruyub saxlayıblar, onlar həm də göstəriciləri təkmilləşdiriblər. Sorğu bütün istiqamətlərdə – iqtisadiyyatdan tutmuş demokratiyanın vəziyyətinədək müsbət qəbuletmənin güclü artımını göstərib.

Sorğu Aİ-yə üzv olan 28 ölkədə və Avropa Parlamentinə seçkilərdən dərhal sonra 5 namizəd ölkədə keçirilib, lakin nəticələr yalnız indi açıqlanıb. Əsas nəticələr arasında miqrasiya məsələsindən sonra Aİ səviyyəsində əhəmiyyətində görə ikinci problem olan avroya və iqlim dəyişmələrinə rekord sayda dəstək olub.

Bir il bundan əvvəl keçirilən sonuncu sorğudan bəri Aİ-yə müsbət imic bəsləyən respondentlərin payı 23 üzv ölkədə artıb (45 faiz), Kiprdə (47 faiz +11 faiz bəndi), Macarıstanda (52 faiz +9), Yunanıstanda (33 faiz +8), Rumıniyada (60 faiz +8) və Portuqaliyada (60 faiz +7) daha çox özünü büruzə verib.

Sorğu göstərir ki, avropalıların əksəriyyəti Aİ-nin gələcəyinə nikbinliklə baxırlar (61 faiz +3 faiz bəndi), eyni zamanda, 34 faiz (-3) bədbin əhval-ruhiyyədədirlər. Nikbinlik daha çox İrlandiyada (85 faiz), Danimarkada (79 faiz), Litvada (76 faiz) və Polşada (74 faiz) hiss olunub.

Eyni zamanda, nikbinlik Böyük Britaniyada (47 faiz) və Fransada (50 faiz) daha az ifadə olunub(azərtac).





Xəbərin oxunma sayı : 250




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap