Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Avropanı lərzəyə gətirən katalonlar – Onlar kimdir?

Tarix 07.10.17, 16:08

Font ölçüsü : - / +
bitmap-img6


Kataloniya İspaniyadan ayrılıb müstəqilliyini elan etməklə bağlı qanunu təsdiq edib. Bununla da gərginlik İspaniyanı cənginə alıb, ölkə bölünmək təhlükəsi ilə üz-üzədir. Bu, təkcə İspaniyada deyil, bütün Avropada böyük həyəcanla izlənilən siyasi prosedir. Bəs katalonlar kimdir? Dilləri, dinləri nədir və onlar nəyə görə müstəqillik qazanmaq istəyirlər?

Kult.az kataloniyalılar haqda araşdırmanı təqdim edir:

İspaniya üçün həlledici bölgə – Kataloniya

Kataloniya Pireney yarımadasının şimalında Fransa və Andorra ilə həmsərhəd ərazidir. Qərbdə Kataloniya Araqon regionu ilə, cənub-qərbdə Valensiya ilə həmsərhəddir. Barselonadan başqa Kataloniyanın digər böyük şəhərləri Tarraqona, Leyda, Jirona, Manresa, İqualada, Martorel, Terrassa və Sabadeldir.

Kataloniya iqtisadi nöqteyi-nəzərdən İspaniyanın ən inkişaf etmiş bölgəsi sayılır və indi ayrılmaq istədiyi İspaniya ümumi daxili məhsulunun 23%-ni verir. Təkcə Kataloniyanın ümumi daxili məhsulunun həcmi Finlandiya və Danimarkanın ümumi daxili məhsulunun həcmi qədərdir. Adambaşına düşən ümumi daxili məhsul isə Almaniyadakı səviyyədədir. İspaniyanın kimya, maşınqayırma və tikiş sənayesinin böyük hissəsi Kataloniyada yerləşir. Yeraltı sərvəti olmayan Kataloniyada kənd təsərrüfatına əhalinin cəmi 2%-i cəlb olunub.

Vətəndaş müharibəsi və katalon liderin edamı

Kataloniya İspaniyada geniş muxtariyyətə malik bölgədir. Təxminən 32 min kvadrat km ərazisi və 7 milyon əhalisi olan Kataloniyanın paytaxtı Barselona şəhəridir. Katalonların Şimali Afrikanın iberlər tayfasından formalaşdığı və eramızdan 700 il əvvəl Afrika qitəsindən İspaniyaya köçərək indiki Barselonanın ətrafında məskunlaşdıqları bildirilir. Bizim eranın 414-cü ilində vestqotlar İspaniyanın şimalını ələ keçirərkən, bölgəyə Qotaloniya adını verirlər. 1804-1808-cü illərdə Kataloniya Fransa müstəmləkəçiliyinə qarşı qiyam qaldırır. Napoleonun qoşunları Kataloniyaya daxil olaraq, Barselonanı dağıdırlar.

1871-ci ildə Kataloniya İspaniyadan ayrılmağa çalışır, ancaq uzun danışıqlardan sonra İspaniya krallığının tərkibində qalmağa davam edir. 1898-ci ildə ABŞ-la müharibədə müstəmləkələri – Kuba və Puerto-Rikonu itirən İspaniya krallığının tənəzzül dövrü başlayır və bu, Kataloniyaya da sirayət edir.

Kataloniyada 1914-cü ildə yerli özünüidarə şurası formalaşır. Şuranın müstəqilliyə çalışmasının qarşısı İspaniyanın o zamankı diktatoru Primo de Rivyera tərəfindən alınır. Kataloniya İspaniya Respublikasının tərkibində ilk dəfə 1932-ci ildə muxtariyyət statusu qazanır. Ancaq faktiki olaraq bu statusdan yararlana bilmir. Çünki 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlayır. Diktator Frankonun silahlı qüvvələri 1939-cu ildə Barselonaya daxil olaraq, yerli respublikaçılara divan tuturlar, Kataloniya muxtar hökumətinin başçısı Luis Kompanis edam edilir. Frankonun ölümündən sonra, 1977-ci ildə İspaniyada referendum keçirilir və referendumun nəticəsinə görə İspaniya yenidən konstitusiyalı monarxiya sisteminə qayıdır.

İspan dilindən imtina edən katolonlar

Kataloniya ikinci dəfə 1979-cu ildə muxtariyyətinə qovuşur. Burada 1980-ci ildə keçirilən parlament seçkilərində Hordi Puyol muxtar bölgənin baş naziri seçilir. Kataloniya Parlamenti 135 deputatdan formalaşır. Kataloniya prezidentini dörd ildə bir dəfə parlament seçir.

Əhalisinin əksər hissəsi katalonlardan ibarət olan bölgədə iki rəsmi dil var: katalon və ispan dili. Katalon dili roman dil qrupuna aiddir, ispan dilindən fərqlənir. Kataloniyanın dövlət universitetlərində və məktəblərində təhsil katalon dilində aparılır. Yaşayış məntəqələrinin əksəriyyəti katalon mənşəlidir.

“Kataloniya İspaniya deyil”

Bu cümlə katalonların hər fürsətdə dillərinə gətirdikləri və hətta şüara çevirdikləri ən məşhur sözdür. Bu, bizə qəribə gələ bilər. Lakin İspaniya kimi ölkədə adi haldır. İspaniya seperatizmin ən bariz nümunəsidir. İspaniyada milli azlıqlar məsələsi, İtaliya, Fransaya nisbətən daha ağır formadadır. Yəni əgər Fransa və ya İtaliyada milli azlıq özünü həm italyan, həm də kataloniyalı olduğunu qəbul edirsə, İspaniyada katalon özünü ancaq katalon hesab edir. O, ispanca danışmır, danışmaq istəmir.

Bəs kataloniyalılar niyə müstəqillik istəyirlər?

Kataloniyada ən sadə tikiş fabrikindən tutmuş, avtomobil zavodlarına qədər hər şey var. Burada qazanılan pul sakinlərin gözü qarşısında mərkəz Madridə gedir. Kataloniya qazanılmış bir dollardan yerli büdcəsinə yalnız 40 sent əlavə edir. Qazanılan pulun 60% vergilərə və mərkəzə xərclənir. İspaniya qanunlarına görə hər bir əyalət əhalinin faizinə görə investisiya alır. Lakin nədənsə bu, Kataloniyaya şamil edilmir: İspaniya əhalisinin 18%-i burada yaşayır, ölkənin gəlirinin 25%-i Kataloniyanın payına düşsə də, vilayət cəmi 11% investisiya alır. Belə bir şəraitdə katalonların əksəriyyəti çıxış yolunu azadlıqda görür.

Dünyaca məşhur kataloniyalılar

Katalonların ən məşhur nümayəndələrindən biri dünya şöhrətli sürrealist rəssam Salvador Dalidir. Bundan başqa, məşhur futbolçu Karles Puyol, Xavi Hernandes, Gerard Pike də dünyaca məşhur kataloniyalılardandır.



Xəbərin oxunma sayı : 412




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap