Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Avropanın ən böyük bankı Beynəlxalq Bankın səhmdarı olmağa razıdır – Açıqlama

Tarix 15.09.17, 16:49

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) Azərbaycan bank sektorunun, o cümlədən sektorun ən iri oyunçusu olan "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) restrukturizasiyası prosesinə dəstək verəcək.

 "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə EBRD-nin prezidenti Suma Çakrabarti bildirib.

 "Bilirsiniz ki, ötən həftə mən Azərbaycana səfər etdim və prezident İlham Əliyevlə müzakirələr apardım. Biz bildirdik ki, bu bankın (ABB – red.) restrukturizasiyasına dəstək verməkdən şad olardıq", – deyə bank rəhbəri qeyd edib.  S. Çakrabarti əlavə edib ki, EBRD ABB-nin səhmdarı ola bilər. Bunun üçün bankın korporativ idarəetməsində islahatlar aparılmalıdır. Bankir qeyd edib ki, bu il EBRD ABB-nin səhmdarı olmayacaq: "Çətin ki, bu il səhmdar olmağımız alınsın. Çünki Bank restrukturizasiya prosesini keçməlidir. Biz azərbaycanlı tərəfdaşlarımıza bildirdik ki, texniki dəstəyə hazırıq, lakin səhm alışı üçün çox tezdir, biz hadisələrin hansı məcrada inkişaf edəcəyini görməliyik".

 Bundan öncə ABB bəyan edib ki, xarici öhdəliklərinin (3,3 mlrd. dollar) könüllü restrukturizasiyası planına uyğun olaraq 1 sentyabr 2017-ci il tarixində bankın kreditorlarına yeni maliyyə alətləri təqdim edilib və bununla da müəyyən öhdəliklərin dövlətə ötürülməsi uğurla başa çatıb.

18 iyul 2017-ci il tarixində ABB-nin kreditorlarının yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93,9%-ə malik kreditorlar planın lehinə səs verib. "Banklar haqqında" qanuna uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyindən sonra Bakı şəhər, Nəsimi Rayon Məhkəməsi 17 avqust 2017-ci il tarixində planın təsdiqlənməsinə dair qərar çıxarıb.



Xəbərin oxunma sayı : 178




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap