Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Avtobusun son dayanacağının yerinin dəyişdirilməsi narazılığa səbəb olub - VİDEO

Tarix 08.06.26, 11:25

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda marşrut xəttinin son dayanacaq məntəqəsinin yeri dəyişdirilib, bu isə sərnişinlərin narazılığına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, söhbət 49 nömrəli marşrut xəttinin Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən son dayanacağından gedir.

Sakinlər bildirirlər ki, ərazidə aparılan qazıntı işlərinə görə avtobusların əvvəlki dayanacaqda dayanması mümkün olmur. Onların sözlərinə görə, yeni dayanacaq yeri xüsusilə məktəblilər üçün əlverişsizdir.

"BakuBus" MMC-dən "Xəzər Xəbər"ə bildirildi ki, hazırda Ramana qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən 68 saylı məktəbin yaxınlığında aparılan təmir işləri ilə əlaqədar olaraq 49 saylı marşrut xəttinin son dayanacaq məntəqəsinin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Mövcud şəraitdə son dayanacaq ərazisində tikinti və təmir işlərinin aparılması avtobusların həmin hissəyə təhlükəsiz şəkildə daxil olmasına maneə yaradır. Bu səbəbdən 49 saylı marşrut xəttinin son dayanacağı müvəqqəti olaraq Mehdi Hüseynzadə küçəsində təşkil edilib. Təmir işləri başa çatdıqdan sonra marşrutun hərəkəti əvvəlki sxem üzrə bərpa olunacaq.





Xəbərin oxunma sayı : 1270




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap