Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Avtomobillər tapıldı, qaçıranlar tutuldular

Tarix 15.11.17, 18:24

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün respublikanın ərazi polis orqanları tərəfindən qeydə alınan avtomobil qaçırmaları faktları “isti izlər”lə açılıb və bu əməlləri törədənlər məsuliyyətə cəlb ediliblər.

Noyabrın 14-də saat 2.00 radələrində Ağstafa rayonunun Köçəsgər kəndindən kənd sakini Mikayıl Nəsirova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 4.00 radələrində tapılıb və onu qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakinləri Fərid Məmmədzadə, Rəşadət Fəttahov və əvvəllər məhkum olunmuş Ağalar Səfərov tutulublar.

Noyabrın 14-də saat 7.00 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndindən kənd sakini Rövşən Mehdiyevə məxsus “QAZ-31029” avtomobilin qaçırılması barədə RPŞ-yə daxil olan məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Qaçırılan maşının Qax rayonu istiqamətində hərəkətdə olduğu müəyyən edilib.

Zaqatala və Qax RPŞ-lərin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomobil Qax rayonunun Əmircan kəndi ərazisində tapılıb, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Zaqatala şəhər sakini Rüstəm Əlizadə tutulub.

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə noyabrın 13-də Bakı şəhər sakini Namiq Ağayevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri olan 3 yeniyetmə saxlanılıb.

Noyabrın 12-də Bakı şəhər sakini Vüsal Rəhimova məxsus “Ford” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Cəmil Səfərəliyev Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Onun noyabrın 3-də Əsəd Vəliyevə məxsus “Ford” markalı avtomobili qaçırması da müəyyən edilib.

Göstərilən faktlarla bağlı müvafiq araşdırmalar aparılır.



Xəbərin oxunma sayı : 172




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap