Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

AYB-də növbəti qalmaqal –Anarın müşavirinin döydüyü yazıçı təşkilatdan gizli şəkildə çıxarılıb

Tarix 11.10.17, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Yazıçı –publisist Fəzail İsmayıl Böyükkişi  Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən xaric  olunub.

Bununla bağlı Strateq.az-a müraciət edən F. İsmayıl Böyükkişi bildirib ki, AYB-nin sədri Anar və rəhbərlik ona heç bir məlumat  vermədən bu qərarı qəbul edib.  

Yazıçı ilə AYB rəhbərliyi arasında qalmaqal artıq 8 aydır ki, davam edir. 2017-ci ilin mart ayında 60 yaşı tamam olmuş yazıçı F. İsmayıl prezident təqaüdü alması üçün AYB sədri Anara müraciət edib. Qalmaqal da bu zaman başlanıb. Öz müraciətini rəhbərliyə təqdim etmək üçün AYB-nin binasına gələn yazıçını Anarın müşaviri Rauf Aslanov qarşılayıb. Yazıçının sözlərinə görə, müraciətin qəbuluna imkan verməyən R. Aslanovla mübahisə yaranıb və nəticədə Anarın müşaviri ona ağır bədən xəsarəti yetirib. Mart ayında baş vermiş bu qalmaqal  KİV-də geniş işıqlandırılıb.  Yazıçı o zaman beyin silkələnməsi ilə 1 saylı xəstəxananın  neyrocərahiyyə şöbəsinə götürülüb. Fəzail İsmayıl Böyükkişi məhkəmə -tibbi ekspertizası tərəfindən yoxlanılıb. Ekspertizanın baş həkimi  epikriz əsasında müayinədən sonra yazıçının ağır xəsarət aldığını təsdiqləyib və bu barədə polis və prokurorluğa məlumat verəcəyini bildirib: “Hadisənin KİV-də geniş rezonans doğurmasından qorxuya düşən Rauf Aslanov məni insult vəziyyətində xəstəxanadan çıxartdırdı. Əcaib olan odur ki, 2 gündən sonra  Raufun təsiri ilə ekspertiza yenidən heç bir xəsarət almadığım barədə rəy  verdi”.  Fəzail İsmayıl bu rəyə etiraz edərək Səbayıl rayon polis idarəsinin rəisinin və Səbayılın prokuroru Natiq Əsədovun qəbulunda olub.  O, təkrar ekspertizadan keçirilməsi üçün göstəriş verilməsini xahiş edib. Buna söz versələr də əməl etməyiblər.

Bir sözlə, yubley ili Fəzail İsmayıl üçün sevinc deyil, ağır problemlər və pozulmuş səhhət  “büketi” ilə yadda qalıb.  Yazıçı yeddi aydır ki, həkim nəzarətindədir. Ağır maddi durumu ona  vacib dərmanları almağa imkan verimir. F. İsmayıl bahalı dərmanların alınmasına kömək üçün AYB-yə dəfələlərə müraciət etsə də çağırışı qulaqardına vurulub: “Hər gün 150-200 manatlıq bahalı dərmanlara pul xərcləməyə məcburam. Kömək üçün AYB-nin katibi Çingiz Abdullayevlə görüşdüm. Dünya şöhrətli yazıçı yardım edəcəyini vəd etsə də sözünün üstündə durmadı”.

Bütün bunlar azmış kimi  bir neçə gün bundan əvvəl öyrəndiyi xəbər yazıçını daha da sarsıdıb. Anarın müşaviri Rauf Aslanovun KİV-ə verdiyi açıqlamadan məlum olub ki, yazıçı Fəzail İsmayıl Böyükkişi düz 7 ay əvvəl -2017-ci ilin martında AYB üzvlüyindən xaric edilib: “Bu necə ola bilər? Mənim qurumdan çıxarılmağımla bağlı heç bir məlumat verilməyib, AYB-nin rəsmi nəşrlərində də bununla bağlı heç bir bildiriş yoxdur.  Necə olur ki, xəsarət almış üzvünün halını belə soruşmağa ərinən bir qurum onu gizli şəkildə üzvlükdən çıxarmağa qərar verib?”.

Digər maraqlı hal yazıçının hələ dərc olunmamış kitabı ilə bağlıdır. Fəzail İsmayılın “ Sözdən saray qurmuşam” adlı hələ çap olunmamış kitabı müəmmalı şəkildə  Rauf Aslanovun stolunun üstündə  peyda olub. Yazıçını Stalin prinsipləri ilə çıxmayan kitabındakı “siyasi səhvlərlə”  hədələyən Rauf Aslanov ona deyib ki, belə yazılara görə Fəzail İsmayıl  heç vaxt təqaüd üzü görməyəcək: “Çap olunmamış  kitab necə olub ki, müşavirin stolunun üstünə gəlib çıxıb? Bu müəllif hüquqlarının pozulması və cinayət deyilmi?”

Hazırda ciddi maliyyə sıxıntısı keçirən Fəzail İsmayılın səhhəti də ağırdır. Sol gözü görmə və qulağı  eştimə  qabiliyyətini itirir. Sol tərəfi isə hərəkət qabiliyyətini itirməkdədir.  Yazıçı kömək almaq üçün prezident İlham Əliyevə və 1-ci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciət edib.

Qeyd edək ki, 70-ci illərdən ədəbi yaradıcılıqla məşğul olan yazıçı 20 kitab müəllifidir.  Fəzail İsmayıl Böyükkişi ictimai mövqeyi ilə də fərqlənib. O, 1987-93-cü illərdə mərhum prezident Heydər Əliyevin siyasi hüquqlarının bərpası və ölkəyə qayıdışının fəal təbliğatçılarından olub. O dövrdə bununla bağlı  məqalələri KİV-lərdə də çap olunub:  “Mənim həmin dövrdəki fəaliyyətimi baş nazirin müavini Elçin Əfəndiyev,  hazırda səfir olan Hidayə Orucov, tanınmış jurnalistlər Teymur Əhmədov, Rizvan Cəbiyev, Ağabəy Əsgərov, YAP-ın qurucularından olan Siyavuş Novruzov və  Əli Nağıyev çox yaxşı xatırlayırlar” – deyə yazıçı bildirib.

Yazıçı səsinin eşidiləcəyinə ümid edir…




Xəbərin oxunma sayı : 136




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap