Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Aydəm İsmayılova ikinci dəfə istefa ərizəsi yazdırılıb? - KTN susur, direktor isə “Xəstəyəm“ deyir

Tarix 20.08.19, 9:49

Font ölçüsü : - / +
bitmap-img6


Kənd Təsəürrüfatı Nazirliyinin tabeliyində olan "Green Park Azərbaycan” MMC-nin direktoru  Aydəm İsmayılov işdən uzaqlaşdırılıb. Daha dəqiqi, onun işdən azad olunması ilə bağlı ərizəsi ikinci dəfə alınıb.

AzFakt.com xatırladır ki, bundan əvvəl də həmin şəxsin işdən uzaqlaşdırılması barədə mia.az-da xəbər getsə də, həmin vaxtı nazirlik bu məlumatı təkzib etmişdi. 

Linki burda - (İnam Kərimov direktoru işdən azad edib?

Qeyd edək ki, o vaxt Ovqat.com-un baş redaktoru Heydər Oğuzun qələmə aldığı  xəbərdə ad çəkmədən "Nazir öz yaxın dostunu mənimlə bir neçə dəfə çay içdiyi üçün işdən çıxardır. Bununla da kifayətlənməyib, onun cəmi bir neçə aylıq fəaliyyətini yoxlatmaq üçün komissiya təşkil etdirir. Halbuki, həmin şəxs məni onun barəsində tənqidi yazı yazmaqdan ən azı 3 ay ləngitmişdi...", - yazdığı ifadədə söhbətin Aydəm İsmayılovdan getdiyinə şübhə olmasa da, nazirlik qətiyyətlə belə bir halın olmadığını Mia.az-a bildirmişdi: "Aydəm İsmayılov yerindədir, o, işdən çıxarılmayıb".

Bundan sonra Mia.az öz kanalları vasitəsi ilə o zaman xəbəri dəqiqləşdirməyə çalışıb. Bizə verilən məlumata görə, həmin vaxtı həqiqətən Aydəm İsmayılovun ərizəsi alınıb. Lakin nazir onun ərizəsini təsdiq etməyib. 

Məlumata görə, Aydəm İsmayılovdan könüllü vəzifədən  getməsi ilə bağlı bu günlərdə yenidən - ikinci dəfə ərizə alınıb...

Məsələ ilə bağlı KTN-ə sorğu versək də, cavab ala bilmədik.

Aydəm İsmayılov isə Mia.az-ın əməkdaşının sualını dinləmədən belə cavab verərək, telefonu qapadıb: "Mən başqa yerdəyəm, xəstəyəm, sonra danışarıq".

Mia.az







Xəbərin oxunma sayı : 724




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap