Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ayətullah Şahrudinin Nəcəf səfəri: şiələrin lideri kim olacaq?!

Tarix 08.11.17, 20:20

Font ölçüsü : - / +
bitmap-img6


İran İraqda şiələrə liderliyi ələ almağa çalışır. “Reuters” informasiya agentliyi bu haqda məqaləsində sentyabrın əvvəlində İran rəsmisi Ayatollah Mahmud Haşimi Şahrudinin  İraqın Nəcəf şəhərinə səfərini yada salır.

69 yaşlı Şahrudi şiələrin müqəddəs yerlərindən sayılan İmam Əli məbədi yaxınlığındakı ofisində rəsmilər, ruhanilər, tələbələrlə görüşüb. İraqın indiki və keçmiş rəsmilərinin fikrincə, onun əsas məqsədiİraqdakı baş şiə ruhanisi, 87 yaşlı Ayətullah Əli Sistaninin yerinə özünü hazırlamaq idi.

Agentlik yazır ki, İraqda əsas diqqət İslam Dövləti (İŞİD) silahlı qruplaşmasıyla mübarizəyə yönəlsə də, ölkənin gələcəyi Nəcəfdə baş verənlərdən də eyni dərəcədə asılıdır. Sistani yaşlanır, səhhəti barədə şayiələr dolaşır, onun yerinə kimin keçəcəyi qabarıq məsələyə çevrilir. İraqın şiə fraksiyaları Sistaninin varisinə təsir uğrunda savaşdığı bir məqamda şiə ölkəsi İran Şahrudini dəstəkləyir.



Agentliyin yazdığına görə, Şahrudi bu posta ziddiyyətli namizəd sayıla bilər. Nəcəfin aparıcı ruhaniləri İranın nüfuz savaşından xoşlanmırlar və Şahrudiyə də şübhəylə yanaşırlar. Ancaq o, tələbələrin dəstəyini qazana bilər. İndiyədək Sistani özünü İran siyasətindən ayrı tutub, bu səbəbdən onun ardıclıları da Tehrana yaxın birinin onun yerinə keçməsini istəməz.

İraqın keçmiş rəsmilərindən biri “Reuters”ə deyib: “İranlılar əllərindən gələni etməyə çalışacaqlar. Bu, təkcə din məsələsi deyil, siyasət onun bir hissəsinə çevrilib. Bu məsələ İraqın taleyini həll edəcək”.Bir məqam da var ki, İran İraqda nüfuzunu onsuz da gücləndirib, şiələrin rəhbərlik etdiyi hökumətə mübahisəli əraziləri kürdlərdən almaqda yardım göstərib.

İnqilab Keşikçilərinin bölmə rəhbəri Qasım Süleymani özü şəxsən kürd liderlərini inandırıb ki, neftlə zəngin Kərkük kimi mübahisəli şəhərlərə iddialarından əl çəksinlər. Agentlik nə Şahrudidən, nə İnqilab Keşikçilərinin media ofisindən, nə də Sistaninin ofisindən şərh ala bilib.



“İran İraqda növbəti şiə ruhanisinin kimliyinə təsir göstərə bilsə, illər boyunca bu ölkədə hakimiyyət üzərində nəzarəti saxlaya bilər. Üstəlik, Nəcəfdə baş ruhaninin İranın maraqlarına rəğbətlə yanaşmasıİranın ali dini lideri Ayətullah Əli Xomneyinin rəqibinin də sıradan çıxması demək olar”, – məqalədə deyilir.

Sistani ictimaiyyət arasında nadir hallarda görünsə də, fətvalarına milyonlarla şiə əməl edir. Onun İŞİD-in sünni yaraqlılarına qarşı ayağa qalxmaqla bağlı fətvasından sonra qruplaşmanın 2014-cü ildə Bağdada doğru irəliləməsinin qarşısı alındı. Ancaq ondan sonra şiə qrupları arasında toqquşmalar qaçılmaz görünür.



“Sistani evdə oturan zəif adam deyil, milyonları idarə edə bilir. Onun ölümündən sonra qanlı mübarizə başlanacaq”, – İraqın keçmiş rəsmisi deyib.

Nəcəfdəki mənbələr Sistaninin ölənədək mövqeyində qalacağını bildirirlər. Görünür, Şahrudinin onun yerinə keçə bilmək üçün sıravi şiələrin, tələblərin, digər ruhanilərin dəstəyini almalıdır. Şahrudi Nəcəfə yad biri deyil, bu şəhərdə iranlı ailəsində doğulub. 1970-ci illərdə siyasi fəaliyyətinə görə həbs olunub, Saddam Hüseyni təhlükəsizlik qüvvələri tərəfindən işgəncəyə məruz qalıb. O, islam inqilabından sonra İrana köçüb, Xamneyi 1989-cu ildə ali dini lider olandan yüksək məqamlar tutub. O, ictimaiyyət arasında adətən Xamneyinin yanında oturur.

 Virtualaz.org






Xəbərin oxunma sayı : 199




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap