Puluna minnət, kirayə o qədər “ərlər“ var ki... - VİDEO Röya Ayxan hamını geridə qoydu - FOTO Deputat “Pişik” Günelə ev bağışlayıb? - VİDEO Nigarın bu görüntüsü gündəm oldu - FOTO
Axtar
 
  • / Maqazin / — 05 Dekabr 2023

    Puluna minnət, kirayə o qədər “ərlər“ var ki... - VİDEO

  • / Maqazin / — 01 Dekabr 2023

    Röya Ayxan hamını geridə qoydu - FOTO

  • / Maqazin / — 28 Noyabr 2023

    Deputat “Pişik” Günelə ev bağışlayıb? - VİDEO

  • / Maqazin / — 27 Noyabr 2023

    Nigarın bu görüntüsü gündəm oldu - FOTO

  • / Maqazin / — 25 Noyabr 2023

    Səhnədə Tünzalənin alt paltarı göründü - FOTO

  • / Maqazin / — 08 Oktyabr 2023

    Aygün Namiqdən mikrofonu almaq istədi və... - VİDEO

Aygün Kazımovanın bu mahnısı 29 il sonra yenidən trend oldu - VİDEO

Tarix 31.07.23, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Xalq artistinin "İtkin gəlin"  mahnısı TikTok-da trend olub. 

Axşam.az xəbər verir ki, Pop divanın 1994-cü ildə işıq üzü görən "Bu dünya" mahnısı bu günlərdə ən çox video çəkilənlərdən olub. "İtkin gəlin" serialının soundtrəki olan bəstənin müəllifi Cavanşir Quliyevdir. Mahnının sözlərini isə Əlibala Hacızadə yazıb. Bu, Aygün Kazımovanın repertuarındakı ilk lirik mahnısıdır.

O, mahnını "Ömrüm-günüm" albomuna daxil edib. 

Bununla yanaşı Kazımovanın 1999-cu ildə oxuduğu "Tənha qadın" mahnısı da TikTok-da ən çox paylaşılanlar sırasında yer alıb. 

Qeyd edək ki, A.Kazımova müsahibələrindən birində "Bu dünya" mahnısını ilk vaxtlar ifa etmək istəmədiyini deyib. Cavanşir Quliyevin təkidi ilə daha sonra bəstəni oxuyub. Buna səbəb isə mahnının lirik olmasıdır. 

"Tənha qadın" mahnısını isə ilk dəfə Cavanşir Quliyev 1999-cu ildə 8 Mart günü Aygün Kazımovanın aparıcısı olduğu verilişdə ifa edib. Daha sonra Kazımova mahnını oxuyub və "Ah...!" adlı albomuna daxil edib. Aygün Kazımova mahnını reper Mone (Murad Quliyev) ilə 2001-ci ildə remiks şəklində yenidən təqdim edib. Mahnı Birinci Qarabağ müharibəsində həyat yoldaşı şəhid olmuş qadınlara həsr olunub. 

Xatırladaq ki, bundan əvvəl Kazımovanın "Vəfasızlar", "Qorxuram", "Səni belə sevmədilər" mahnıları, Namiq Qaraçuxurlu ilə oxuduğu duetləri də TikTok-da trend olmuşdu.




Xəbərin oxunma sayı : 1627

loading...

Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap